CICA: Azərbaycan nəqliyyat dəhlizlərinin inkişafında koordinator rolunu oynayır
Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan “Nəqliyyat Dəhlizlərinin Təhlükəsiz və Effektiv Sistemlərinin İnkişafı”nın prioritet sahəsi üzrə koordinator kimi mühüm rol oynayır.
APA xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsinin (CICA) baş katibinin müavini Zhang Ling COP29 çərçivəsində keçirilən "Dayanıqlı Əlaqələrə Gedən Yollar: CICA və onun Üzv Dövlətlərinin, həmçinin Asiyada Regional Təşkilatların Təhlükəsiz, Effektiv və İqlimə Davamlı Nəqliyyat Dəhlizləri üçün Səyləri" adlı tədbirdə deyib.
O, qeyd edib ki, Avropa və Asiyanı birləşdirən əsas tranzit qovşağı kimi Azərbaycan davamlı əlaqənin transformativ potensialını nümunə göstərir:
"Bir çox CICA Üzv Dövlətlərinin tranzit ölkələr olduğunu nəzərə alsaq, nəqliyyat dəhlizləri genişləndirilmiş regional əməkdaşlığa dair kollektiv baxışımızın ayrılmaz hissəsidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 20 Noyabr 2024 09:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















