Icma.az
close
up
RU
Cica Qarabağdan ayrılacaq? Qurban Qurbanovun albaniyalı ilə bağlı qərarı bəllidi

Cica Qarabağdan ayrılacaq? Qurban Qurbanovun albaniyalı ilə bağlı qərarı bəllidi

"Qarabağ"ın hücumçusu Redon Cicanın qışda icarəyə yollanmaq istəyində olması haqda xəbər vermişdik. Albaniyalı forvardın xidmətində bir çox klublar maraqlıdır. Onlar arasında Albaniya yüksək liqa klubu “Partizani” və Yunanıstanın "Panserraikos" klubları da var.

Sportal.az xəbər verir ki, albaniyalı hücumçunun “Qarabağ”dan qışda gedişi baş tutmaya bilər. Belə ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov az-az şans versə belə, Cicanı sərəncamında görmək istəyir və onun xidmətində maraqlıdır.

Məhz buna görə də, alban forvardın qışda da heç bir kluba icarəyə yollanmayaraq, komandada qalacağı gözlənilir. 26 yaşlı hücumçunun "Qarabağ"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

O, 2023-cü il yanvarda “Tirana”dan “Qarabağ”a keçmişdi.

saytlarin hazirlanmasi
seeBaxış sayı:77
embedMənbə:https://sportal.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri