Icma.az
close
up
RU
Çimərliklər cib yandırır: Dəniz hamının olsa da, istirahət hər kəsə çatmır

Çimərliklər cib yandırır: Dəniz hamının olsa da, istirahət hər kəsə çatmır

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Yay mövsümünün ən çox sevilən istirahət məkanlarından biri də şübhəsiz ki, dəniz sahili və çimərliklərdir. Xüsusilə Bakı və Abşerondakı çimərlik kompleksləri və lüks sahil otelləri yay aylarında həm yerli, həm də xarici turistlərin böyük marağına səbəb olur. Son illərdə artan turizm infrastrukturu ilə paralel olaraq, Azərbaycanda yüksək komfortlu və bahalı çimərlik mərkəzlərinin sayı da artmaqdadır. Bəs insanlar bu çimərliklərin qiymətlərindən razıdırmı? Minimum əməkhaqqı alan şəxslər bu məkanlarda istirahət edə bilirmi? 

News24.az çimərliklərin qiymətlərini və şəraitini araşdırıb:

Şəraiti olduqca rahat, komfortlu çimərliklərdən biri “Bilgah Beach”dir. Sahildə yerləşən 5 ulduzlu kompleksdə hovuz, SPA mərkəzi, idman zalları və özəl çimərlik zonası var. Burada gecəlik qiymətlər təxminən 160–200 AZN aralığında dəyişir. Aylıq  gəliri 500-600 manat olanlar üçün bu məbləğ az qala maaşının yarısıdır. 

Digər qiyməti əl yandıran çimərliklərdən biri də  “Sapphire Marine Resort”dur.  Özəl marina, spa, qapalı və açıq hovuzlar, restoranlar bu mərkəzin əsas üstünlüklərindəndir. Amma bu istirahət mərkəzinin də qiyməti yetərli qədər fantastikdir. Burda da gecəlik qiymətlər 540 AZN-dən başlayır.

Sözügedən istirahət yerlərinə nisbətən daha münasib qiymətə olanı  Mərdəkanda yerləşən “Dalğa Beach Aquapark”dır. Su attraksionları, akvapark zonası, hovuzlar və oyun meydançaları ilə yanaşı, burada müxtəlif restoranlar və istirahət məkanları da fəaliyyət göstərir. Giriş biletlərinin qiyməti mövsümə və həftənin gününə görə dəyişsə də, orta hesabla 20–35 AZN arasındadır. 

Son zamanlar məşhurlaşan istirahət mərkəzlərindən olan “Sea Breeze Beach Club”a giriş təxminən 20 AZN-dir. Lakin əlavə xidmətlərə görə ödəniş dəyişir.  Yəni giriş normal olsa da, içəridəki qiymətlər çox ucuz deyil.

Təbii ki, bu baxımdan ən əlverişlisi pulsuz çimərliklərdir. Onlara giriş ödənişsiz olsa da, əlavə xidmətlər pulludur. 

Çimərliklərin qiymətləri barəsində fikir bildirən iqtisadçı Günay Hüseynova  qeyd edib ki, dənizkənarı müəyyən sahələr hasarlanıb və ya nəzarətçi qoyulub, giriş üçün çimərliyə gələn vətəndaşdan qanunsuz olaraq pul tələb olunur:

"Əvvəla onu qeyd edim ki, dəniz hamınındır, orada əlavə xərclərin tələb olunması qanunsuzdur. Əgər vətəndaş çimərlikdən sonra duş xidmətindən, yaxud orada quraşdırılmış çətir, stol, stul – bir sözlə, həmin şirkətə aid əşyalardan istifadə edərsə, o zaman pul tələbi ola bilər. 

Qanunsuz pul tələbi ilə üzləşən, girişə icazə verilməməsi halı ilə qarşılaşan  vətəndaşlara Dövlət Vergi Xidməti (195) və Daxili İşlər Nazirliyi (102) xidməti ilə əlaqə saxlamaları tövsiyə olunur".


İqtisadçı, bununla yanaşı, tamamilə pulsuz çimərliklər də olduğunu vurğulayıb:

"Minimum gəlirli ailələr tamamilə heç bir ödəniş etmədən çimərliklərdən istifadə edə bilərlər. Amma bu tipli çimərliklərin də problemi antisanitariya şəraitidir. Çirklənmənin qarşısını almaq, monitorinq aparmaq, ekoloji normativlərin qorunmasına nəzarət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansındadır. Eyni zamanda, müəyyən nəzarət mexanizmləri Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindədir. Təklif edirəm ki, çimərlik ərazilərində üz tanıma radar tipli cihazlar quraşdırılsın, ərazini çirkləndirən vətəndaşlar cərimələnsin və bu, SMS bildiriş olaraq onun telefonuna göndərilsin. Cəzaların miqdarı fiziki şəxslər üçün 200, hüquqi şəxslər üçün 600–800 manat olması məqsədəuyğun olardı. Dənizin çirklənməsi, ekoloji normativin qorunması üçün dövlət büdcəsindən vəsait ayrılsa da, çirklənmənin, antisanitariyanın qarşısını almaq mümkün olmur. Ona görə də, cəzaların olması daha məqsədəuyğundur".

İtisadçı istirahət zonalarının tərkibindəki otel tipli istirahət müəssisələrindəki çimərliklərin isə minimum əməkhaqqı ilə çalışan vətəndaş üçün qiymətlər heç də əlçatan olmadığını qeyd edib: "Orta büdcəyə malik şəxslər də təklif olunan qiymətlərdənsə, ölkə xaricindəki istirahəti üstün tuturlar".

Xeyrənsə Piriyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://news24.az
archiveBu xəbər 21 İyul 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri