Icma.az
close
up
RU
Çin Amerikaya meydan oxudu: “Tarif müharibəsi” alovlanır

Çin Amerikaya meydan oxudu: “Tarif müharibəsi” alovlanır

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Pekin açıq şəkildə bəyan edib ki, əgər Vaşinqton “tarif müharibəsi”ni davam etdirməkdə israrlıdırsa, Çin sona qədər mübarizə aparacaq.

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Çin Xalq Respublikasının xarici işlər naziri Van İ BRİKS-in (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) Rio-de-Janeyroda keçirilən genişləndirilmiş nazirlər görüşündə səsləndirib.

“Əgər siz müharibə istəyirsinizsə, biz döyüşəcəyik. Əgər dialoq tərəfdarısınızsa, bir-birimizə bərabər münasibət göstərməli, qarşılıqlı hörmət etməliyik”, - deyə Van İ bildirib. 

Van İ əlavə edib ki, BRİKS ölkələri beynəlxalq münasibətlərin əsas prinsiplərinə sadiq qalmalı, çoxtərəfli ticarət sistemini qorumalı və daha ədalətli bir qlobal idarəçilik sistemi qurmaq üçün birlikdə çalışmalıdır.

“Əsas sual budur ki, biz dünyada hökm sürən birtərəfli hegemoniyanı qəbul edirik, yoxsa bərabərlik və qayda üzərində qurulmuş çoxqütblü dünyanı seçirik?”, - deyə o bildirib.

ABŞ bütün dünyaya “tarif dəyənəyi” ilə təzyiq etməyə başladığı bir vaxtda Van İ hesab edir ki, beynəlxalq ictimaiyyət qərar verməlidir, biz güclünün zəifi əzdiyi “cəngəllik qanunlarına” qayıtmaq istəyirikmi?

Xatırladaq ki, hazırda ABŞ-nin Çin mallarına tətbiq etdiyi ümumi tarif dərəcəsi 145 %-ə çatır. Cavab olaraq Çin də 12 apreldən Amerika məhsullarına gömrük rüsumlarını 125 %-ə qaldırıb.

Səbinə Uğur
"Cebheinfo.az"

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:221
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Aprel 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri