Icma.az
close
up
RU
Çin avtomobilləri KÜTLƏVİ sıradan çıxır ŞOK SƏBƏB

Çin avtomobilləri KÜTLƏVİ sıradan çıxır ŞOK SƏBƏB

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiyada Haval, Chery, Geely, Changan, Exeed, Omoda və Jetour kimi Çin avtomobillərinin sahibləri mühərrik və yanacaq sistemlərində yaranan nasazlıqlar səbəbindən avtomobillərini kütləvi şəkildə servislərə aparmağa başlayıblar.

Hurriyyet.Media  xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

Teleqram kanalının iddiasına görə, problemin əsas səbəbi çin avtomobillərinin yüksək keyfiyyətli, “Avro-5” standartına uyğun benzinlə işləmək üçün nəzərdə tutulmasıdır.

Rusiya hakimiyyəti isə ölkənin neft emalı zavodlarına dron hücumları nəticəsində yaranan yanacaq böhranı fonunda “Avro-2” standartlı benzinin istehsalına icazə verib.

Rusiyada əvvəllər istifadəsi qadağan edilmiş “Avro-2” benzində kükürdün miqdarı “Avro-5” yanacağı ilə müqayisədə 50 dəfəyə qədər çox ola bilər.

“Avro-2” səviyyəli yanacaqdan istifadə edən Rusiya vətəndaşları müasir Çin avtomobillərinin mühərriklərindəki forsunkaların kütləvi şəkildə sıradan çıxması, həmçinin yüksək təzyiqli yanacaq nasosları və şamların xarab olması ilə üzləşiblər. Nəticədə avtomobilin sensorları mühərrikdə nasazlıq olduğunu göstərir, dartı gücü azalır, mühərrikin işə salınması çətinləşir və yanacaq sərfiyyatı artır.

Buna baxmayaraq, bəzi avtomobil sahibləri problemdən xəbərsiz olduqları üçün aşağı keyfiyyətli yanacaq doldurmağa davam edir və nəticədə avtomobillərinə daha ciddi ziyan vururlar.

“Mash”ın məlumatına görə, son vaxtlar bu səbəbdən avtoservislərə müraciətlərin sayı həftədə 1-2-dən 7-10-a qədər artıb.

Təmirə təxminən 15 min rubl (təxminən 320 manat) xərclənir. Bəzi hallarda isə söhbət bahalı detalların tamamilə dəyişdirilməsindən gedir.

Rusiya Energetika Nazirliyi avqustun 5-də ölkə hökumətinin 2013-cü ildə qadağan edilmiş və bir kiloqram yanacaqda 500 milliqrama qədər kükürd ehtiva edən “Avro-2” benzininin istehsalına və ölkəyə idxalına icazə verdiyini açıqlayıb.

Bu icazə 2027-ci il iyulun 1-dək qüvvədə olacaq. Qərarın məqsədi “daxili bazarın avtomobil yanacağı ilə sabit təminatını və mümkün yanacaq qıtlığının qarşısının alınmasını” təmin etməkdir.

Belə benzində benzol da daxil olmaqla aromatik karbohidrogenlərin miqdarı normallaşdırılmır. Bundan başqa, əksər ölkələrdə yüksək toksikliyi və xərçəng riskləri səbəbindən istifadəsi qadağan edilən oktan artırıcı əlavə – monometilanilin (MMA) tətbiqinə də icazə verilir.

Ekspertlərin sözlərinə görə, “Avro-2” benzinində yüksək miqdarda olan kükürd silindr-porşen qrupuna, yanacaq avadanlıqlarına, mühərrik yağına, şamlara, klapanlara və forsunkalara, eləcə də katalitik neytrallaşdırıcıya zərər vurur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 08 Avqust 2026 21:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri