Çin Myanmadan qaytarılan 11 mindən çox şəxsi məsuliyyətə cəlb edib
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 4 fevral, AZƏRTAC
Çin ötən ilin ilk 11 ayı ərzində Myanmanın şimalından ölkəyə qaytarılan 11 mindən çox şəxsi telekommunikasiya dələduzluğu ittihamı ilə məhkəmə qarşısına çıxarıb.
AZƏRTAC Çinin Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə çərşənbə günü Çinin Ali Xalq Prokurorluğu (AXP) məlumat yayıb. Bildirilib ki, eyni dövrdə ölkə üzrə prokurorluq orqanları bu cür cinayətlərdə şübhəli bilinən 4 min 300-dən çox şəxsin həbsini təsdiqləyib. Həmçinin qeyd edilib ki, bu addımlar transmilli telekommunikasiya dələduzluğu fəaliyyətlərinə ciddi zərbə vurub.
Çində telekommunikasiya və onlayn dələduzluqla əlaqəli cinayətlərə görə ümumilikdə təxminən 62 min nəfər barəsində cinayət işi açılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 04 Fevral 2026 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















