Çin ordusu ağcaqanad ölçüsündə mikrodron təqdim etdi VİDEO KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Çin hərbçiləri kəşfiyyat məqsədi ilə istifadə ediləcək mikroskopik dron təqdim ediblər. Bu yeni texnologiya ağcaqanad ölçüsündə olan pilotsuz uçuş aparatıdır və onu adi gözlə görmək demək olar ki, mümkün deyil.
KONKRET.az xəbər verir ki, dron portativ bir qurğu vasitəsilə idarə olunur və gizli hərbi əməliyyatlarda istifadə üçün nəzərdə tutulub. Onun ölçüsü və səssizliyi sayəsində aşkarlanması son dərəcə çətin olacaq.
Mühəndislərin sözlərinə görə, bu tip cihazlar kəşfiyyat və müşahidə missiyaları üçün ideal vasitədir. Dronun tətbiqi sahələri hələ tam açıqlanmasa da, Çin ordusunun onu strateji məqsədlərlə, xüsusilə də düşmən ərazilərində məlumat toplamaq üçün istifadə edəcəyi istisna olunmur.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 21 İyun 2025 20:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















