Çin Rusiya tərəfindən döyüşən vətəndaşları haqqında məlumatı inkar etdi
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Çin Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya ilə yanaşı döyüşən Çin vətəndaşlarının olması və Pekinin bundan xəbərdar olması ilə bağlı iddiasını rədd edib.
Turkustan.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien Pekində keçirdiyi mətbuat konfransında bildirib ki, Çin hökuməti hər zaman öz vətəndaşlarına silahlı münaqişə zonalarından uzaq durmağı, silahlı münaqişəyə hər hansı müdaxilədən çəkinməyi və hər iki tərəfin hərbi əməliyyatlarında iştirak etməkdən çəkinməyi tövsiyə edib.
Rusiya ordusunda Ukrayna qüvvələrinə qarşı döyüşən iki Çin vətəndaşının əsir götürülməsi ilə bağlı iddialara toxunan sözçüsü Lin hələ də Kiyev administrasiyasından əsir götürülən şəxslərlə bağlı məlumatı yoxlamağa çalışdıqlarını və digər iddiaların həqiqətə söykənmədiyini bildirib.
Çinin Ukrayna probleminin siyasi həlli üçün konstruktiv rol oynamağa çalışdığını qeyd edən Lin: "Çin Ukraynadakı münaqişənin sona çatması və sülh danışıqlarının təşviqi üçün səylərə sadiqdir. Bu, beynəlxalq ictimaiyyətin də bildiyi bir mövqedir. Ukrayna tərəfi Çinin səylərinə düzgün prizmadan baxmalıdır"-deyib.
Bildirək ki, Ukrayna prezidenti Zelenski Donetsk vilayətində Rusiya ordusunda Ukrayna qüvvələrinə qarşı döyüşən iki Çin vətəndaşının əsir götürüldüyünü açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 10 Aprel 2025 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















