Çin səfiri Trampın Çinə qarşı hərəkətlərini zorakılıq adlandırıb
Icma.az bildirir, Aznews.az saytına əsaslanaraq.
Çin Birləşmiş Ştatların “təzyiq və zorakılığına” qarşı çıxmaq üçün təsirli tədbirlərə və alətlər arsenalına malikdir.
Bu barədə Çinin Rusiyadakı səfiri Zanq Hanhui məlumat verib.
"ABŞ-nin təzyiqi və zorakılığı ilə üzləşərək, biz vəziyyəti aydın başa düşürük. Müvafiq təsirli tədbirlərimiz var, təzyiqlərə müqavimət göstərmək üçün güclü imkanlarımız var, döyüşlərdə geniş təcrübəmiz və cavab vermək üçün kifayət qədər alət arsenalımız var", - o, müsahibəsində vurğulayıb .
Səfir əlavə edib ki, Birləşmiş Ştatlar ticarət rüsumları tətbiq etməklə və “tarif dəyənəklərini yelləməklə” digər ölkələrin hüquqlarını pozur və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarını tapdalayır. Onun sözlərinə görə, bu cür hərəkətlər ticarət sisteminə ciddi ziyan vurur və qlobal nizamı pozur.
Mövsüm
Aznews.az


