Çin Xalq Respublikasının yaranmasının 76 cı ildönümü qeyd edilib FOTO
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün Bakıda Çin Xalq Respublikasının yaranmasının 76-cı ildönümü münasibətilə tədbir keçirilib.
APA xəbər verir ki, tədbirdə Çinin Azərbaycandakı səfiri Lu Mey, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Milli Məclisin deputatları, bir sıra xarici ölkə səfirləri və attaşeləri, habelə digər rəsmi şəxslər iştirak edib.
Mərasim Azərbaycan və Çinin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Sonra Çin səfiri Lu Mey çıxış edərək, ölkələrimiz arasında olan sıx əməkdaşlığın möhkəmliyindən və bu əməkdaşlıq çərçivəsində görülən işlərdən danışıb.
Səfirin ardınca Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin çıxışı olub.
Şahin Mustafayev Azərbaycan və Çinin strateji tərəfdaşlığına toxunaraq, əlaqələrimizin müxtəlif sahələrdə yeni mərhələyə keçid aldığını və getdikcə dərinləşdiyini bildirib.
Tədbir bədii hissə ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 25 Sentyabr 2025 19:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















