Çin Xarici İşlər Nazirliyi: Çin İranın suverenliyinə hər cür təcavüzün əleyhinədir
Dogru.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian brifinqdə bildirib ki, Çin İranın suverenliyinə və ərazi bütövlüyünə hər hansı təcavüzə qarşıdır.
“Çin İranın suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə hər cür təcavüzə, habelə ziddiyyətlərin kəskinləşməsinə və münaqişənin genişlənməsinə qarşıdır”, – deyə RİA Novosti onun sözlərindən sitat gətirir.
Diplomatın qeyd etdiyi kimi, regional gərginliyin bu şəkildə artması “hər iki tərəfin maraqlarına cavab vermir”.
İran Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Tehranın İsrailin ölkə ərazisinə hücumuna cavab verməklə bağlı heç bir məhdudiyyəti yoxdur.
İranın ali dini lideri Ayətullah Əli Xamenei İsrailin zərbələrinə cavab vermək üçün orduya “hərəkət azadlığı” verdiyini bildirib.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 13 İyun 2025 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















