Çin XİN : Ukrayna böhranının həllində yeni tendensiyalar yaranır
Icma.az bildirir, Aznews.az saytına əsaslanaraq.
Pekin Ukrayna böhranının siyasi həllində yeni tendensiyaların yarandığını qeyd edib və bütün tərəflərin dialoq yolu ilə konsensusa nail olacağına ümid etdiyini bildirib.
Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian deyib.
“Çin Ukrayna böhranının siyasi həlli ilə bağlı son yeni tendensiyalara diqqət çəkib. "Çin ümid edir ki, bütün maraqlı tərəflər dialoq və danışıqlar yolu ilə bir-birinin maraqlarını nəzərə alan davamlı həll yolu tapacaq", - Lin Jian brifinqdə deyib.
Diplomat bu yaxınlarda Londonda Avropa liderlərinin Ukrayna ilə bağlı görüşünün keçirildiyini xatırladıb və bu kontekstdə Çinin həmişə Çin sədri Si Cinpinin təklif etdiyi “dörd şərt” konsepsiyasına sadiq qaldığını vurğulayıb.
Lin Jian əlavə edib ki, münaqişə tərəfləri dialoq və məsləhətləşmələr yolu ilə “qarşılıqlı maraqları nəzərə alan davamlı və uzunmüddətli həll yolları” tapmalıdırlar.
Mövsüm
Aznews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 05 Mart 2025 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















