Cinayətlərin ümumi sayında 47 fakt azalma müşahidə olunub
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
Keçən il qadınlarla bağlı törədilən cinayətlərin ümumi sayında 47 fakt azalma müşahidə olunub. SİA xəbər verir ki, bunu daxili işlər naziri Vilayət Eyvazov Daxili İşlər Nazirliyində ötən ilin yekunları ilə bağlı keçirilən geniş kollegiya iclasında çıxışında deyib.
Nazir bildirib ki, həmin müddətdə ailə münaqişəsi zəminli cinayətlərin sayında isə 1,8 faiz azalma qeydə alınıb.
V.Eyvazov eyni zamanda yeniyetmə və gənclərin hüquqazidd hərəkətlərinin qarşısının alınması üzrə qabaqlayıcı tədbirlərin müsbət nəticələr verdiyini və onların hüquqazidd əməllərinin dinamikasında 18,5 faiz azalmanın qeydə alındığını da bildirərək gənclərin bəzi sosial şəbəkə seqmentlərində yayımlanan zərərli informasiyaların təsiri altına düşməməsi, sağlamlığa ziyanlı vərdişlərdən çəkindirilməsi istiqamətində aparılan işlərin səmərəsinin artırılmasını tələb edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 24 Yanvar 2025 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















