İsveçrədə keçirilən konfransda Azərbaycan nümunəsində iqtisadiyyatının şaxələnməsinə dair məruzə dinlənilib AZƏRTAC
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 26 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) İqtisadiyyatın qeyri-səlis modelləri laboratoriyasının müdiri AMEA-nın müxbir üzvü, professor Qorxmaz İmanov İsveçrənin Cenevrə şəhərində İspaniya Kral İqtisadiyyat və Maliyyə Akademiyasının (RACEF) dəvətilə “Dünyada gələcək iqtisadi artım, dayanıqlıq və mənfəətlilik” mövzusunda keçirilən 9-cu beynəlxalq konfransda “Ölkənin iqtisadi şaxələnməsinin dayanıqlı səviyyəsinin qeyri-səlis qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzə Azərbaycan nümunəsi əsasında təqdim olunub.
Bu barədə AZƏRTAC-a İdarəetmə Sistemləri İnstitutundan məlumat verilib. Bildirilib ki, konfransda dünyanın müxtəlif ölkələrinin alimləri tərəfindən iqlim dəyişikliyi, müharibələr və koronavirus pandemiyasının dünya iqtisadiyyatına təsirinin qiymətləndirilməsi və qarşısının alınması üsulları müzakirə edilib, təkliflər irəli sürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 26 Noyabr 2024 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















