Çində “Mersedes” şousu: Antonelli karyerasının ilk qələbəsini qazandı
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Bu gün Şanxay beynəlxalq avtodromunda “Formula-1” üzrə 2026-cı il mövsümünün ikinci mərhələsi olan Çin Qran-prisinin əsas yarışı baş tutub. Gərgin keçən mübarizədə “Mersedes”in italiyalı pilotu Andrea Kimi Antonelli damalı bayrağı birinci keçərək qələbəni bayram edib.
İdman.Biz xəbər verir ki, podiumun ikinci pilləsində onun komanda yoldaşı Corc Rassell qərarlaşıb. Üçüncü yeri isə “Ferrari”nin britaniyalı sürücüsü Luis Hemilton tutub.
Dördqat dünya çempionu Maks Ferstappen (“Red Bull”) mühərrikdə yaranan nasazlıq səbəbindən finişə 10 dövrə qalmış yarışı dayandırmalı olub. Daha dörd pilot isə texniki problemlər ucbatından start xəttinə çıxa bilməyib.
1. Andrea Kimi Antonelli (“Mersedes”) – 56 dövrə
2. Corc Rassell (“Mersedes”) +5.515
3. Luis Hemilton (“Ferrari”) +25.267
4. Şarl Lekler (“Ferrari”) +28.894
5. Oliver Birman (“Haas”) +57.268
6. Pyer Qasli (“Alpin”) +59.647
7. Liam Louson (“Reysinq Bullz”) +1:20.588
8. İsak Hadjar (“Red Bull”) +1:27.247
8. Karlos Sayns (“Uilyams”) +1 dövrə
9. Franko Kolapinto (“Alpin”) +1 dövrə.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:190
Bu xəbər 15 Mart 2026 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















