Çindən atəşkəs XƏBƏRDARLIĞI: İsrail bütün beynəlxalq hüquqları pozur!
Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Çin İsrailin İrana hücumları ilə başlayan və İranın cavab tədbirləri ilə davam edən qarşıdurmada tərəflər arasında gərginliyə son qoyaraq dərhal atəşkəs əldə etməyə çağırıb. Pekin bəyan edib ki, İsrail beynəlxalq hüququ pozur.
Turkustan.az xəbər verir ki, bu barədə Çinin BMT-dəki (BMT) daimi nümayəndəsi Fu Konq Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxış edib.
İsrail və İran arasında münaqişənin səkkizinci gününə qədəm qoyduğu bir vaxtda Fu hücumların hər iki tərəfdən mülki vətəndaşların tələfatına və maddi ziyana səbəb olduğunu, gərginliyin daha da artacağı təqdirdə təkcə iki tərəfin deyil, region ölkələrinin də mənfi təsirlənəcəyini qeyd edib.
Fu İsrailin hərəkətlərinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər normalarını pozduğunu, İranın suverenliyini və təhlükəsizliyini təhlükə altına atdığını, regional sülh və sabitliyə zərər vurduğunu bildirib və Çinin bunları pislədiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 21 İyun 2025 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















