Icma.az
close
up
RU
Çindən gətirilən əslində nədir? 27 qəpiyə tabut olmaz

Çindən gətirilən əslində nədir? 27 qəpiyə tabut olmaz

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


Dövlət Statistika Komitəsinin Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən paylaşdığı bəzi statistik göstəricilər mətbuatda və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, açıqlanan rəsmi statistikada ötən ilin ilk 10 ayında Azərbaycana Çindən 8 ədəd “Ağac məmulatlarından tabutlar” idxal edildiyi göstərilib.
Qeyd etdiyimiz kimi, bu məlumat sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Çünki daha əvvəl açıqlanan statistik göstəricilərdə Azərbaycana bu adda məhsulun idxalı ilə bağlı məlumat olmayıb. Açıqlanan məlumatda diqqət çəkən məqamlardan biri də idxal olunan “Ağac məmulatlarından tabutlar”ın gömrük dəyəri ilə bağlıdır. Belə ki, rəsmi statistikada göstərilir ki, bu məhsulun bir ədədinin orta gömrük dəyəri, yəni ölkəyə daxil olma qiyməti 26,6 qəpik olub. Məlum məsələdir ki, dəfn üçün istifadə olunan tabutların qiyməti bu səviyyədə ola bilməz. Bu səbəbdən Dövlət Statistika Komitəsinin Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən paylaşdığı bu göstəricilərdə hansısa yanlışlığın olduğu görünür.
Onu da bildirək ki, “Ağac məmulatlarından tabutlar” adlı məhsulun gömrük kodu “442120” olaraq göstərilib. Bu kod bir çox ölkələrdə ağacdan hazırlanan kiçik ölçülü qablara şamil olunur. Məsələn, ağacdan hazırlanan siqaret qablarını bəzi ölkələr bu kod ilə təsnif edirlər.
Açıqlanan rəsmi statistikada digər bəzi məhsulların idxalı ilə bağlı məlumatlar da müzakirələrə səbəb olub. Məsələn, açıqlanan rəsmi statistikada göstərilir ki, ötən ilin ilk 10 ayında Azərbaycana alabalığın (forel) kiloqramı İrandan 7,3 manata, Niderlanddan isə 533 manata gətirilib. Bu məlumat da sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri bildirirlər ki, Niderlanddan forel balığının bir kiloqramının 533 manata idxal edilməsi mümkün deyil.
Məlumat üçün qeyd edək ki, mətbuatda və sosial şəbəkələrdə aparılan müzakirələrə nə Dövlət Statistika Komitəsindən, nə də Dövlət Gömrük Komitəsindən münasibət bildirilməyib.


Elnur Əli
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 03 Yanvar 2026 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri