Icma.az
close
up
RU
Menu

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

Çindən yayılan yeni virus nə qədər qorxuludur? Qorunmaq üçün TÖVSİYƏLƏR

Çindən yayılan yeni virus nə qədər qorxuludur? Qorunmaq üçün TÖVSİYƏLƏR

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Çində yeni virus yayılmağa başlayıb.

Modern.az-ın məlumatına görə, koronavirusun yayılmasından 5 il sonra ortaya çıxan virus ictimaiyyət arasında narahatlığa səbəb olub.

Metapnevmovirus (HMPV) adlandırılan yeni virus Çinin şimal əyalətlərində, xüsusən də uşaqlar arasında yayılıb. Artıq Qazaxıstan və Qırğızıstanda yeni virusa yoluxanların olduğu bildirilir. 

Sosial media platformalarında Çindəki xəstəxanalarda maska ​​taxan insanların fotoşəkilləri yayılıb. Mətbuat yeni virusu “Covid”in ilkin yayılması ilə müqayisə edib. Səhiyyə orqanları naməlum mənşəli virusun yayılmasının monitorinqi və idarə olunması üçün yeni tədbirlər həyata keçirir. Buna baxmayaraq, Pekin yoluxmaları adi qış xəstəliyi kimi qiymətləndirib.

Azərbaycan da daxil olmaqla bir neçə ölkə virusu və onun yayılmasını yaxından izləyir.

HMPV aşağı və yuxarı tənəffüs yolu infeksiyalarına (soyuqdəymə kimi) səbəb olan yoluxucu virusdur. Adətən qışda və yazın əvvəllərində müşahidə edilən virus qripə bənzər mövsümi xəstəliklərə səbəb olur.

Bütün dünyanı həyəcanlandıran metapnevmovirus yeni kəşf edilmiş virus deyil. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin bildirdiyinə görə, virus ilk dəfə 2001-ci ildə aşkar edilib . Buna baxmayaraq bəzi seroloji sübutlar virusun ən azı 1958-ci ildən bəri geniş yayıldığını göstərir.

HMPV "Pneumoviridae" ailəsinə mənsub virus növüdür. Xəstəlik adətən yüngül keçsə də, xüsusilə körpələrdə, yaşlılarda və immun sistemi zəif olanlarda pnevmoniya kimi ağır fəsadlara səbəb ola bilər. Virusun simptomlarına öskürək, qızdırma, burun tutulması və yorğunluq daxildir, inkubasiya müddəti üç-altı gündür.

"Covid-19"dan fərqli olaraq, HMPV üçün peyvənd və ya spesifik antiviral müalicə yoxdur, müalicə ilk növbədə simptomların idarə edilməsini əhatə edir. Virus yoluxmuş şəxsdən başqalarına öskürək və asqırma, yaxın şəxsi təmas zamanı keçir.

Kamboca və Tayvan kimi qonşu ölkələr vəziyyəti diqqətlə izləyir. Kambocanın Yoluxucu Xəstəliklərə Nəzarət Agentliyi HMPV-nin COVID-19 və qripə oxşarlığını qeyd edərək xəbərdarlıq edib.

İngiltərədəki Varvik Universitetində pnevmovirusları tədqiq edən virusologiya professoru Endryu İston bildirib ki, yeni virus 1 yaşdan aşağı körpələr üçün ciddi narahatlıq doğurur. O qeyd edib ki, HMPV aşkar edildiyi 21-ci əsrin əvvəllərindən bəri bütün dünyada risk altında olan populyasiyalarda əhəmiyyətli bir problem olaraq tanınıb.

Ekspertlər yeni virusdan qorunmaq üçün digər respirator viruslarda gördükləri ehtiyat tədbirlərinə əməl etməyə çağırıb.

- Əllərinizi ən azı 20 saniyə sabun və su ilə yuyun.
- Yuyulmamış əllərlə gözlərinizə, burnunuza və ağzınıza toxunmayın.
- Xəstə insanlarla yaxın təmasdan çəkinin.
- Öskürərkən və asqırarkən ağzınızı tutun.
- Xəstəlik zamanı evdən çölə çıxmayın.

Modern Təhlil və Araşdırma Qrupu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Yanvar 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see422

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see417

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see348

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see323

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see320

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see293

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see275

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see261

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see247

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see235

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see234

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see233

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see232

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see205

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see164

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri