Icma.az
close
up
RU
Çingiz Hüseynzadə: “Azərbaycan İslamiada tarixinin ən zəif nəticəsini göstərib”

Çingiz Hüseynzadə: “Azərbaycan İslamiada tarixinin ən zəif nəticəsini göstərib”

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) ikinci vitse-prezidenti Çingiz Hüseynzadə Ər-Riyadda MOK-un mətbuat xidmətinə müsahibə verib.

- Çingiz müəllim, VI İslam Həmrəyliyi Oyunları artıq yekunlaşmaq üzrədir. Azərbaycan komandasının çıxışını necə qiymətləndirirsiniz? 
- Azərbaycan komandasının bu Oyunlardakı nəticələri əvvəlki illərlə müqayisədə zəifdir. Hazırda, İslamiadada medal qazanan ölkələr arasında 10-cu yerdəyik və maksimum 9-cu yeri tuta bilərik. Bu isə ölkəmizin İslam Həmrəyliyi Oyunlarında indiyədək göstərdiyi ən aşağı nəticədir. Bu nəticələr mənə Rio Olimpiadasını xatırladır. O zaman da əldə etdiyimiz 18 medaldan cəmi biri qızıl idi, gümüş medalların sayı isə üstünlük təşkil edirdi. İndi də eyni mənzərəni görürük. İlk üçlükdə qərarlaşan komandalardan sonra ən çox gümüş medal qazanan ölkələrdən biri Azərbaycandır.
Qeyd etməliyəm ki, idmançılarımız mübarizə apararaq, bacarıqlarını nümayiş etdirdilər, lakin bəxt amili də mühüm rol oynadı. Komandamızdakı bəzi idmançıların sadəcə şansı gətirmədi. Buna baxmayaraq, parlaq çıxışlar da oldu. Xüsusilə basketbolçu qızlarımızın oyununu vurğulamaq istəyirəm. Cüdo millimiz də komanda hesabında çox inamlı qələbə qazandı. Ümumilikdə 8 qızıl medalımız var və onların 5-ini qadın idmançılarımız qazanıb. Yəni bu yarışda xanım idmançılarımız oğlanlara nisbətən daha yaxşı çıxış etdilər və bu, bizim üçün qürurverici göstəricidir.

- Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının təşkilatçılıq məsələləri barədə nə deyə bilərsiniz?  
- Müəyyən gecikmələri nəzərə almasaq, digər məsələlər ümumilikdə qaydasındadır. Biz bu Oyunları Bakı-2017 ilə müqayisə etmirik. Çünki paytaxtımızın ev sahibliyi etdiyi yarışların səviyyəsi tamamilə fərqli idi və onu digər ölkələrlə müqayisə etmək doğru olmaz. Ümumilikdə desək, təşkilatçılıq pis deyil. Məndə olan məlumata görə, media nümayəndələri üçün də yaxşı şərait yaradılıb. Əsas narazılıq doğuran nəqliyyat məsələləri isə Oyunlar zamanı operativ şəkildə həll edilir. Bu baxımdan yarışların təşkilini qənaətbəxş hesab etmək olar.

- Növbəti İslamiada Malayziyada keçiriləcək. Bu barədə fikirlərinizi bilmək istərdik. 
- Növbəti İslam Həmrəyliyi Oyunları Malayziyada, ölkənin dənizkənarı bölgələrindən birində təşkil olunacaq. Malayziya belə tədbirlərin keçirilməsində böyük təcrübəyə malikdir, buna görə də düşünürəm ki, təşkilatçılıq səviyyəsi yüksək olacaq. Ümid edirəm ki, həmin Oyunlarda daha yaxşı nəticələr əldə edəcəyik. 

- Son illərdə İslam ölkələrində idmanın inkişaf səviyyəsini necə qiymətləndirirsiniz? 
- İlk İslam Həmrəyliyi Oyunları ilə bu gün keçirilən yarışları müqayisə etdikdə çox ciddi fərqlər görürük. İslam ölkələrində idman dinamik şəkildə inkişaf edir. Məsələn, Səudiyyə Ərəbistanının 9 qızıl medal əldə etməsi, Bəhreyn komandasının uğurlu çıxışı, xüsusilə də onların atletika üzrə yüksək nəticələri bunu açıq şəkildə göstərir. Belə mötəbər yarışlarda ən çox medal məhz atletika və üzgüçülükdə qazanılır. Təəssüf ki, bu iki idman növünün ölkəmizdə istənilən səviyyəyə çatmaması medal qazanan ölkələr arasında tutduğumuz yerə də təsir edir.

İslam Oyunları: Təmsilçimiz yarımfinala vəsiqə qazanıb “Araz-Naxçıvan”ın “Benfika” ilə oyununun vaxtı müəyyənləşib İslam Oyunları: Daha bir idmançımız bürünc medal qazanıb İslam Oyunları: Günün proqramı Azərbaycan idmançısı XXV Yay Deflimpiya Oyunlarında medal qazanıb
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:261
embedMənbə:https://apasport.az
archiveBu xəbər 20 Noyabr 2025 23:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri