Icma.az
close
up
RU
Çingiz Mehdiyevin sərəncam vermək səlahiyyəti yox idi Bakı Şəhər Halqası Əməliyyat şirkətinin cinayət işi

Çingiz Mehdiyevin sərəncam vermək səlahiyyəti yox idi Bakı Şəhər Halqası Əməliyyat şirkətinin cinayət işi

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin şöbə rəisi olmuş Çingiz Mehdiyevin məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, ilk olaraq şahid qismində Zaur Melikaslanov ifadə verib: "Mən, Bakı Şəhər Halqası Əməliyyat Şirkətində Təchizat şöbəsinin 2019-cu ilə kimi direktoru olmuşam. Vaxt məhdud olduğundan bizə icazə verilmişdi şirkətlərlə əməkdaşlıq edib müqavilə bağlayaq. Biz də "Dayton İnvestment LTD" şirkəti ilə 2016-cı ilin may ayında müqavilə bağladıq. Təcrübəsi olan bir şirkət idi. Endryu adlı şəxslə yazışma apardıq. Həmin şirkəti bizə Çingiz Mehdiyev təklif etmişdi. Forma, gödəkcələr və digər mallar sifariş vermişdik həmin şirkətə. Qiymətləri Endryu müəyyənləşdirirdi. Əmin idim ki, sifariş verdiyimiz mallar hamısı xaricdən gəlir, spesifik mallar idi. Malların pulu təhvil-təslim olandan sonra ödənilirdi. Mən ümumiyyətlə büdcəyə baxmırdım. Çingiz Mehdiyevin sərəncam vermək səlahiyyəti yox idi. Direktordan başqa sənədlərə maliyyə və təchizat şöbəsinin müdirləri imza edə bilirdi. Hesablama Palatasının rəyində Dayton şirkətinin qiymətlərinin baha olması ilə bağlı hər hansı rəy yazılmamışdı. Bu işləri Çingiz Mehdiyevə kimin etibar etməsi yadımda deyil. 

Təqsirləndirilən şəxs Çingiz Mehdiyev şahidin ifadəsində bəzi məsələlərə aydınlıq gətirdi: "Biz Formula yarısından qabaq başqa ölkələrdə olan yarışlara, misal üçün Abu- Dabiyə, Sinqapura, İspaniyaya  gedirdik. Orada təcrübə mübadiləsi aparırdıq, malların qiymətini soruşurduq. Sonra Zaur müəllim mənə deyirdi sən həmin şirkətlərin qiymətlərini araşdır. 

Çingiz Mehdiyev: "Siz bilirdiz həmin malların sifarişi əvvəldən olmalı idi və pul da əvvəlcədən ödənilməli idi. Bu barədə nə deyə bilərsiz?"

Şahid bu suala cavab vermədi.

Hakim: "Niyə siz öz vəzifənizi yerinə yetirməyib həmin vəzifəni Çingiz Mehdiyevə həvalə edirdiniz? Bu bir başa sizin səlahiyyətlərinizə aid idi, bilirsiz?"

Vəkil Faiq Nağıyev: "Zavoda həmin malları sifariş verdinizmi. Və yaxud sifariş versəydiniz ala biləcəkdiniz?Bir müqavilə üçün nə qədər zaman itirirdiniz?"

Hakim Leyla Əsgərova-Məmmədova vəkilin suallarını protokoldan çıxartdı.

Hakim təqsirləndirilən şəxsin vəkillərinə vəsatət verməyə icazə vermədi. 
Məhkəmə prosesi 13 yanvar tarixinə kimi təxirə salındı. 

Qeyd edək ki, Çingiz Mehdiyev mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun icraçı direktoru olduğu Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləyib. İttihama görə o, vəzifə saxtakarlığı edərək, 400 min manata yaxın dövlət vəsaitini mənimsəyib. Mehdiyev həbsdə deyil. Onun haqda ibtidai istintaq dövrü müddəti üçün “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://unikal.az
archiveBu xəbər 16 Dekabr 2024 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri