Çinin “CCCC” şirkətindən Azərbaycanla bağlı TƏKLİFLƏR: Metro tikintisi, şəhər nəqliyyatı... FOTO
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də Çinin Tiencin şəhərində "CCCC" (“China Communications Construction Company”) şirkətinin sədri Son Haylian ilə görüşüb.
Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycanla şirkət arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı, ölkəmizdə əlverişli investisiya mühitinin yaradıldığı bildirildi.
Həmçinin Transxəzər nəqliyyat dəhlizinin inkişafı və Bakı Beynəlxalq Dəniz Limanının ikinci mərhələsində bu şirkətin iştirakına dair fikir mübadiləsi aparıldı.
Söhbət zamanı şirkətin fəaliyyət sahələrinə daxil olan istiqamətlər - nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, o cümlədən metro stansiyalarının tikintisi, avadanlıq istehsalı və şəhər nəqliyyatının kompleks inkişafı ilə bağlı məsələlər müzakirə olundu.
Son Haylian Abşeron yarımadasında göllərin təmizlənməsi və bərpası ilə əlaqədar konseptual təkliflər təqdim edəcəklərini bildirdi.
Görüşdə dünyanın mühüm nəqliyyat qovşağına çevrilmiş Azərbaycanın nəqliyyat və tranzit potensialının daha da artırılması üçün həyata keçirilən genişmiqyaslı layihələr barədə fikir mübadiləsi aparıldı.

Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 31 Avqust 2025 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















