Çinin ən bahalı elektromobil şirkəti avtomobillərini geri çağırır 31 MİN MAŞINDA SİSTEM XƏTASI
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dünyaca məşhur texnologiya nəhəngi “Xiaomi” dekabr ayında təqdim etdiyi elektrik sedan modeli ilə böyük diqqət çəkmişdi. Lakin şirkətin son açıqlaması istifadəçilər arasında narahatlıq yaradıb. “Xiaomi” 30 min 931 ədəd SU7 elektrik modelini geri çağıracağını elan edib.
Avtosfer.az xəbər verir ki, “Xiaomi”nin 6 fevral 2024-cü il və 26 noyabr 2024-cü il tarixləri arasında istehsal etdiyi SU7 modellərində aşkar edilən proqram xətası geri çağırmanın əsas səbəbidir.
Şirkətin rəsmi açıqlamasında bildirilib ki, avtonom parkinq sistemində aşkarlanan proqram xətası avtomobilin ətrafındakı obyektləri düzgün tanımamasına səbəb olur. Bu problem parklama zamanı avtomobilin yaxınlığında olan digər nəqliyyat vasitələri və maneələri səhv qiymətləndirməsi nəticəsində qəza riskini artırır.
Qeyd edək ki, “Xiaomi” problemi ilk dəfə 14 noyabr 2024-cü ildə müştərilərdən daxil olan şikayət əsasında müəyyən edib.
Şirkət avtomobillərin geri çağırılma prosesinin təhlükəsizlik standartlarına uyğun şəkildə həyata keçiriləcəyini və istifadəçilərin bu müddət ərzində dəstəklənəcəyini bildirib.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 28 Yanvar 2025 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















