Icma.az
close
up
RU
Çinli prorektor: Azərbaycan ilə əməkdaşlıq inkişaf etdikcə, xarici dil bilən peşəkar kadrlara ehtiyac da artacaq MÜSAHİBƏ VİDEO

Çinli prorektor: Azərbaycan ilə əməkdaşlıq inkişaf etdikcə, xarici dil bilən peşəkar kadrlara ehtiyac da artacaq MÜSAHİBƏ VİDEO

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 1 noyabr, Pərvanə Qafarova, AZƏRTAC

Pekin Xarici Dillər Universitetinin (PXDU) prorektoru professor Gao Qanqın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərini iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirmək olar. Səfər çərçivəsində Bakı Dövlət Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti və Xəzər Universitetində görüşlər keçirilib, bir sıra yeni anlaşma memorandumları imzalanıb. Görüşlərdə Azərbaycan dili ixtisasının PXDU-da tədrisinin inkişafı, tələbə və tədqiqatçı mübadiləsi, ikili diplom proqramları və Çin dilinin Azərbaycanda tədrisinə dəstək məsələləri müzakirə olunub. Səfər zamanı prorektor Gao Qanq “Çində xarici dillərin tədrisi” mövzusunda mühazirə ilə çıxış edib.

Pekin Xarici Dillər Universitetinin (PXDU) prorektoru professor Gao Qanqın AZƏRTAC-a müsahibəsində iki ölkə arasında təhsil və humanitar əlaqələrin inkişafından, bu əməkdaşlığın perspektivlərindən danışıb. Müsahibəni təqdim edirik.

– Siz Çinlə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığı necə qiymətləndirirsiniz? İki ölkə arasında təhsil sahəsində əməkdaşlığın perspektivlərini necə görürsünüz?

– Bu illər ərzində Çinlə Azərbaycan arasında təhsil əlaqələri ilə yanaşı, ümumilikdə humanitar, iqtisadi və siyasi əlaqələr sürətlə inkişaf edir. Xüsusilə “Kəmər və yol” təşəbbüsü irəli sürüldükdən sonra bu münasibətlərdə yeni dövr başlanıb. Bu ilin aprel ayında imzalanmış Çinlə Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat ölkələrimiz arasında təhsil əlaqələrinin də inkişafına mühüm töhfə verib. Həmin bəyanatda iki ölkə arasında təhsil, elm və humanitar əlaqələrin inkişafı ilə bağlı xüsusi bəndlər yer alıb. Bu istiqamətdə Pekin Xarici Dillər Universiteti də fəal çalışır. Biz ali təhsil müəssisəsi olaraq humanitar əlaqələrin inkişafına öz töhfəmizi vermək istəyirik. Sevindirici haldır ki, 2015-ci ildə Çin Təhsil Nazirliyinin qərarı ilə Pekin Xarici Dillər Universitetində Azərbaycan dili ixtisası təsis olunub.

2017-ci ildən Azərbaycan dili burada üçüncü dil kimi tədris olunmağa başlanıb, 2018-ci ildə isə ümumrespublika qəbul imtahanı vasitəsilə 9 tələbə bu ixtisasa qəbul olub. Onlar bizim ilk azərbaycanşünaslarımızdır və artıq məzun olublar. Bundan əlavə, azərbaycanlı tələbələr də uzun illərdir ki, PXDU-da təhsil alırlar. Əminəm ki, bu gənclər Çinlə Azərbaycan arasında mədəni və humanitar körpü rolunu oynayacaqlar. Ölkələrimiz arasında münasibətlər inkişaf etdikcə, xarici dil bilən peşəkar kadrlara ehtiyac daha da artacaq. Bu səbəbdən belə mütəxəssislərin hazırlanması təhsil və elm sahəsində gələcək əməkdaşlıqda mühüm rol oynayacaq.

– Bildiyimiz kimi, Pekin Xarici Dillər Universitetində Azərbaycan dili ixtisas səviyyəsində tədris olunur. İxtisasın təşkili, kadr hazırlığı və gələcək planlarla bağlı nə deyə bilərsiniz?

– PXDU Çində ən çox xarici dilin tədris olunduğu universitetdir. Hazırda Azərbaycan dili də daxil olmaqla burada 101 dil tədris olunur. Universitetin zəngin tədris təcrübəsi və metodikası mövcuddur. Azərbaycan dili ixtisası Çində bu sahədə ilk və yeganə ixtisasdır.

Bu müddət ərzində biz Azərbaycanın bir çox ali təhsil müəssisələri, o cümlədən Elmlər Akademiyası, Heydər Əliyev Fondu və Azərbaycanın Çindəki səfirliyi ilə sıx əməkdaşlıq qurmuşuq. Azərbaycanla bağlı keçirilən bütün tədbirlərimizi onlarla birgə həyata keçiririk.

İlk məzunlarımız – 2018-ci ildə qəbul olan tələbələr 2022-ci ildə universiteti uğurla bitiriblər. Onların hamısı Çinin və Azərbaycanın müxtəlif universitetlərində magistratura təhsili alırlar. Bəziləri hüquq, regionşünaslıq, jurnalistika kimi ixtisaslara yönəliblər. İki məzunumuz Azərbaycana gələrək Xəzər Universitetində Azərbaycan dili filologiyası üzrə təhsil alıb və hazırda PXDU-nun Azərbaycan dili kafedrasında müəllim kimi çalışırlar.

İkinci qəbulumuz 2023-cü ildə həyata keçirilib. Hazırda həmin tələbələrdən 8-i Bakıda təkmilləşdirmə kursları keçir – onların 5-i Xəzər Universitetində, 3-ü isə Bakı Dövlət Universitetindədir.

Biz son on il ərzində Azərbaycan dili üzrə kadr hazırlığına xüsusi diqqət yetiririk. Bununla yanaşı, Azərbaycan dili üzrə dərsliklərin, lüğətlərin, monoqrafiyaların və mədəniyyətlə bağlı kitabların hazırlanmasına böyük önəm veririk. Məsələn, professor Aqşin Əliyevin rəhbərliyi ilə “Azərbaycan dilinə giriş” dərsliyi, həmçinin Çin–Azərbaycan istiqamətli bir sıra lüğətlər hazırlanıb. Onun rəhbərliyi altında universitetdə Birinci Azərbaycanşünaslıq Beynəlxalq Elmi Konfransı və Birinci Çin–Azərbaycan Gənclər Forumu da təşkil olunub. Bu tədbirlər iki ölkənin alimləri, tədqiqatçıları və gəncləri arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Biz gələcəkdə azərbaycanlı həmkarlarımızla əməkdaşlığı daha da dərinləşdirməyi planlaşdırırıq.

– Səfərinizin nəticələrini necə qiymətləndirirsiniz? Bu səfərin Azərbaycan–Çin əlaqələrinə hansı töhfələri ola bilər?

– Mən Azərbaycana ilk dəfədir gəlmişəm və bu səfər mənə çox dərin təəssürat bağışladı. Azərbaycan xalqının Çin xalqına dost münasibəti məni çox sevindirdi.

Səfər çərçivəsində Xəzər Universiteti, Heydər Əliyev Fondu, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası və Çinin Azərbaycandakı səfirliyində görüşlər keçirdik. Bütün bu qurumlarla uzunmüddətli əməkdaşlığımız var.

Xəzər Universitetində görüş zamanı mövcud əlaqələrimizi müzakirə etdik və yeni istiqamətlər müəyyənləşdirdik. Həmçinin universitetdə təhsil alan Azərbaycan dili ixtisaslı çinli tələbələrlə görüşdüm. Onların təhsil və müəllimlərindən razı olmaları məni çox sevindirdi. Universitetdə Çin Tədqiqatlar Mərkəzinin təşkil etdiyi mühazirədə Çində xarici dillərin tədrisi ilə bağlı məlumat verdim.

Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və icraçı direktoru Anar Ələkbərovla, eləcə də Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdüm. Heydər Əliyev Fondu ilə əməkdaşlığımızın tarixi uzun illərə dayanır. Azərbaycan dili kafedrası yaradılandan bu günə qədər Fond bizə dəstək göstərib. Dünən biz PXDU və Heydər Əliyev Fondu arasında anlaşma memorandumu imzaladıq.

Aprel ayında isə Leyla Əliyeva PXDU-ya səfər etmişdi. Həmin səfər zamanı da bir sıra mühüm məsələlər müzakirə olunmuşdu. Bunlardan biri də Fondun dəstəyi ilə Azərbaycanda artıq altı ildir tədris olunan distant Çin dili kurslarının daha da təkmilləşdirilməsi və genişləndirilməsi idi.

Həmçinin Azərbaycan Dövlət İqtisad Universiteti ilə anlaşma memorandumu imzaladıq. Xüsusilə “dil + iqtisadiyyat” ixtisaslarının birgə təşkili və onlayn təhsil platformasının yaradılması barədə razılığa gəldik.

Hazırda üç tələbəmiz Bakı Dövlət Universitetində təhsil alır və bu ali məktəblə də uzunmüddətli əməkdaşlığımız uğurla davam edir. Azərbaycan Milli Elmlər Akademiyası ilə də anlaşma memorandumu imzalanıb. Əməkdaşlığımız xüsusilə Ədəbiyyat İnstitutu ilə birgə layihələr çərçivəsində davam etdirilir.

Səfər çərçivəsində, həmçinin Çinin Azərbaycandakı səfirliyində görüşlərimiz oldu və bir daha əmin olduq ki, Çinlə Azərbaycan arasındakı münasibətlər bütün sahələrdə sürətlə inkişaf edir. PXDU olaraq biz də bu əməkdaşlığa töhfə verməyə çalışırıq və inanırıq ki, yetişdirdiyimiz kadrlar iki ölkə arasında iqtisadi və mədəni körpü rolunu oynayacaqlar.

Arzu edirəm ki, azərbaycanlı tələbələr də Çinə gələrək PXDU-da təhsil alsınlar və kadr hazırlığını birgə həyata keçirək.

– Məlumdur ki, Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili ixtisası üzrə ilk qəbul olunan tələbələri AZƏRTAC-da təcrübə keçiblər. Bu əməkdaşlığın davam etdirilməsi və inkişaf etdirilməsi nəzərdə tutulurmu?

– İlk növbədə mən Azərbaycana minnətdarlığımı bildirmək istəyirəm ki, bizim birinci qəbul Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbələrimiz üçün çox yaxşı təcrübə şəraiti yaradıldı. Onların əksəriyyəti Azərbaycanda təcrübə keçiblər.

PXDU bütün tələbələrini müvafiq qurumlarda təcrübə keçməyə həvəsləndirir. Bu istiqamətlər arasında mətbuat və informasiya orqanlarında təcrübə keçmək əsas yer tutur. Hazırda Çinin bir çox media qurumlarında universitetimizin məzunları çalışırlar. Xüsusilə xarici dillərdə yayımlanan mətbuat orqanlarında PXDU-nun məzunları geniş fəaliyyət göstərir.

Jurnalistika sahəsi üzrə xarici dil bilən kadrlara böyük ehtiyac var. Buna görə də Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbələrin AZƏRTAC-da təcrübə keçməsi onların dil bacarıqlarının inkişafına, jurnalistikada təcrübə qazanmasına şərait yaradır. Bu, tələbələr üçün çox vacibdir və biz bu imkandan çox məmnunuq. Fürsətdən istifadə edərək Azərbaycan Dövlət İnformasiya Agentliyinə – AZƏRTAC-a dərin təşəkkürümü bildirirəm.

Arzulayıram ki, gələcəkdə tələbələrimiz həm Pekindəki Azərbaycan nümayəndəliklərində, həm də Bakıda təhsil alarkən AZƏRTAC-da və digər media qurumlarında təcrübə keçsinlər. Biz bu əməkdaşlığı gələcəkdə daha sistemli şəkildə davam etdirmək niyyətindəyik. İnanıram ki, həm dil biliklərinə, həm də jurnalistika bacarıqlarına malik gənclər ölkələrimiz arasında humanitar əlaqələrin inkişafına öz töhfələrini verəcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Noyabr 2025 00:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see248

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see245

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see227

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see203

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see198

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see170

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see158

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see151

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see148

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see147

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see146

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see146

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see139

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see139

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see138

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see137

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see136

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see132

“DTX nin keçirdiyi əməliyyatlar digərləri üçün növbəti xəbərdarlıqdır”

15 Dekabr 2025 17:13see130

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri