Cirə çayının FAYDALARI: nəfəs yollarını təmizləyir, köpü aradan qaldırır, kişilərdə potensiyanı yaxşılaşdırır
Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.
Cirəni biz adətən müxtəlif qidaların, un məmulatların və turşuların hazırlanması zamanı ədviyyat kimi istifadə edirik.
Lakin bu bitki həmçinin geniş müalicəvi xüsusiyyətlərə malikdir. Onun tərkibində olan faydalı maddələr orqanizmə müalicəvi və profilaktik təsir edir:
- sakitləşdirir, baş ağrıları azaldır,
- spazmları və köpü azaldır,
- həzmi yaxşılaşdırır,
- mikrobları öldürür,
- iltihabı azaldır,
- qadınlarda menstruasiya zamanı ağrıları azaldır,
- nəfəs yolları bəlğəmdən təmizləyir,
- qaraciyərin və ödün fəaliyyətini stimullaşdırır,
- kişilərdə potensiyanı yaxşılaşdırır,
- orqanizmə ümumi möhkəmləndirici təsir edir.
Cirədən çox dadlı, ətirli və olduqca faydalı çay hazırlamaq olar. 1 ç.q. cirə toxumlarının üzərinə 200 ml isti su əlavə edin, 1 saat ərzində termosda dəmləyin. Daha sonra gündə 2 dəfə 1/2 stəkan olmaqla için. Çaya bal əlavə etmək olar. Belə çayı köp və həzmin pozulması, qadınlarda menstruasiya ağrıları, bronxit və öskürək, baş ağrıları zamanı yaxşı kömək edir.
Həmçinin bu çayı profilaktik məqsədlə həftədə bir neçə dəfə adi çay əvəzinə içmək olar. Bu sizin orqanizminizə olduqca müsbət təsir edəcək.
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 16 Noyabr 2024 08:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















