Icma.az
close
up
RU
Çobanyastığı çayının sağlamlığımıza SAYSIZ FAYDALARI. Həftədə 56 dəfə için

Çobanyastığı çayının sağlamlığımıza SAYSIZ FAYDALARI. Həftədə 56 dəfə için

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Saglamolun.az tanınmış fitoterapevt Fizuli Hüseynovun çobanyastığı çayının faydaları haqqında məqaləsini təqdim edir.

Dəyərli oxucular, çobanyastığı həqiqətən də içilməsi lazım olan faydalı bitkidir. Çobanyastığı o qədər sirli bitkidir ki, hər ölkədə onun dəmləməsi ayrı-ayrı faydalarına görə içilir.

Təkcə xəstələndiyiniz zaman yox, bir adət halına gətirib həftədə 5-6 dəfə çobanyastığı çayı içməyinizi tövsiyə edirəm. Məsələn, axşam yatmazdan əvvəl 1 stəkan dəmləmə içmək həm əsəbləri sakitləşdirir, həm də yuxunu dərinləşdirir.

Çobanyastığı çiçəklərini axşamlar yatmazdan əvvəl süddə də dəmləyib içmək olar. Bu üsul daha çox Amerikada yayılmışdır.

Çobanyastığı bitkisinin bir neçə növü vardır. Çay kimi faydalarına görə kiçik və çiçəyinə əl vuranda ovulan növündən, yəni aptek çobanyastığından istifadə olunur. Azərbaycanda daha çox çiçəkləri böyük olan çobanyastığı növləri geniş yayılmışdır. Bunlar xaricə, müxtəlif dəri səpgilərində, diatezlərdə, dəri ləkələrində və əsəbləri sakitləşdirmək üçün vanna şəklində istifadə olunur. Yaxşı olar ki, çay kimi daxilə içilən çobanyastığını apteklərdən alasınız.

Çobanyastığı bitkisinin faydaları

Statistik araşdırmalar göstərir ki, dünyada hər gün 1 milyondan çox insan çobanyastığı çayından istifadə edir.

Mədə yarası kimi qeyri-spesifik xəstəliyin bəzən illərlə müalicə olunmasına baxmayaraq heç bir nəticə əldə olunmur. Belə xəstələr 3 ay gündə 4 dəfə çobanyastığı çayı içsələr faydalı olar.

Çobanyastığı çiçəyinin spazmolitik effekti vardır. Ona görə də köpdə, ishalda, bağırsaq spazmlarında gündə 3 dəfə içilir.

Qastrit və kolitdə, mədə-bağırsaq yaralarında gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir.

Çobanyastığı çiçəyi çayından müntəzəm istifadə şəkərli diabetin inkişaf riskini azaldır, görmə itiliyini artırır, onu mütəmadi içənlər piylənmir, əksinə həmişə formada qalırlar, əsəbləri gərgin olmur, yuxu problemləri olmur, dəriləri canlı qalır, çünki çobanyastığı təbii antioksidant mənbəyidir və qocalmanı ləngidir.

Aybaşı pozulmasından əziyyət çəkən və klimakterik dövrdə olan xanımlarımız üçün faydalı bir çaydır.

Ağız, boğaz yaralarında, faringitlərdə 1 xörək qaşığı çobanyastığı 1 stəkan suda dəmlənilir və gündə 3 dəfə qarqara edilir.

Rinitlərdə və allergik rinitlərdə, haymoritdə 2 xörək qaşığı çobanyastığı 2 stəkan suda dəmlənilir, yavaş təzyiqlə burun dəliklərindən birinə vurulur və digər burun dəliyindən tökülür; bunu gündə 2 dəfə etmək lazımdır.

Göz sulanması, konyuktivit, iltihab və qızarmalarda 1 çay qaşığı çobanyastığı 1 stəkan suda dəmlənir, yavaş-yavaş gözə tökülərək göz almaları yuyulur.

Uşaqlarda bağırsaq infeksiyaları zamanı 1 xörək qaşığı çobanyastığı 3 stəkan suda dəmlənir və bağırsaqlar yuyulur.

Frontit və haymorit zamanı 2 xörək qaşığı çobanyastığı 1 stəkan suda vam odda qaynadılır, buxarı üzə verilir. Bu zaman baş dəsmalla örtülməli, otaq isti olmalıdır. Yaxşı olar ki, bunu gecə yatmazdan əvvəl edəsiniz.

0.5 litrlik şüşə butulkanı yarıya qədər çobanyastığı ilə doldurun, üstünə zeytun yağı tam dolana qədər tökün, ağzını bağlayın 40-60 dərəcəli sobanın və ya otaq isidicisinin üstündə 2 həftə saxlayın, sonra süzün, çobanyastığı yağı alınır. Bu yağ dərini parıldadır, təravətləndirir, yuyunmazdan 2-3 saat əvvəl bu yağla dəri masaj edildikdə təsiri daha yaxşı olur. Oynaq ağrılarını azaldır, kiçik yaşlı uşaqlarda qarın ağrısı zamanı bel və qarın nahiyələrinin çobanyastığı yağı ilə ovuşdurulması sancıları kəsir, saç tökülməsində, kəpəklənmələrdə yuyulmazdan 3 saat əvvəl saç dibləri çobanyastığı yağı ilə masaj edilir.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 07:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri