Icma.az
close
up
RU
Taleyin sürgün oyunu Əntiqə Kərimzadə yazır..

Taleyin sürgün oyunu Əntiqə Kərimzadə yazır..

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

Deyirlər ki, yazıçı və ya şair nəyi düşünürsə onun yaradır. Yaxud da həmin hissin sözlə şəklini çəkir.  Bəlkə də ən çətin iş sözün çəklini çəkməkdir. Sözü- sözə calamaq, söz qoşmaq, söz çıxarmaq- bunlar hamısı sözün şəklin çəkməyin kölgəsində qalır.  Söz isə bütün bunların fövqündə dayanır.  Ümumiyyətlə, yazıçıların hadisələrə baxışları tam fərqli olur. Məsələn, adi insanlar küləyə, yağışa  təbiət hadisəsi kimi baxırsa, yazıçı bunu daha obrazlı görür və ifadə edir.

Uzun illərdir  vətəndən kənarda yaşayan yazıçı Əzimə Ağalarova da  hər hadisəni obrazlı görən, sözün şəklini çəkən yazıçılardandır.  Yazıçı uzun illərdir Almaniyada  yaşasa da  Şərq mədəniyyətini unutmamış, hətta  bunu bütün əsərlərində göstərmişdir.

Dünyanın 47 ölkəsinə səyahət edən müəllif  Şərq mədəniyyəti ilə Qərb mədəniyyətinin bir -birindən  necə fərqləndiyini, şərq qadınının özəlliyini əsərlərində xüsusi vurğulayıb.  Nakam sevginin aliliyi, siyasi hadisələrin ölkələrə və cəmiyyətlərə təsiri kimi diqqətçəkən mövzular müəllifin əsərlərinin əsas qayəsini təşkil edir.  

Yazıçının “Yıpranmış hayallerin peşinde”  əsəri da məhz Azərbaycan- Türkiyə dostluğundan bəhs edir.  Hadisələr sovetlər dönəmində (1980) cərəyan etsə də, qardaş ölkəyə olan sevgi  mövzusu müstəqillik dönəmində də  aktualdır.

Həyata yeni atılan azərbaycanlı bir gəncin israrla Türkiyəyə getməsi həm cəsarət, həm də  sönməyən bir sevginin izahıdır.  Bu sevgi əsərin qəhrəmanı Suzanı  burulğanlı bir həyat yaşamağa məcbur edir.  Həsrətindən divanə olduğu Türkiyə ona qucaq açdımı? Və ya onu necə qarşıladı? Bütün bu hadisələr, əlbəttə, oxucunu düşündürməyə  başlayır. Suzan yaşadığı  stabil həyatdan  sanki qarışıq bir dünyaya düşmüşdü. Başına gələnlər üçün bəzən özünü qınayır, bəzən  sevgisini lənətləyir, bəzən də Türkiyədən küsürdü.

Suzan bütün ağrılarının içində qarşılaşdığı ən gözəl “mənzərə” Kamal idi.  Taleyin ona nələr gətirəcəyindən xəbərsizkən  Kamal onun həyatına  daxil oldu.

Taleyin ona oynadığı oyunun uzunluğu Bakıdan-Türkiyəyə, ordan İrana, İrandan Rusiyaya və Livana qədər uzanır.
 Maraqlıdır, Kamalı da Türkiyə qədər sevən Suzan onunla  xoşbəxt oldumu?  Kamal onu xoşbəxt edəcəyinə söz verdiyi halda, onların həyatı necə dəyişdi? Bu dəyişiklikdə  Suzanı qaranlıqlar qucdumu, yoxsa Kamala sarılmağı bacardımı? Yaz yağışı kimi yağan bu suallarını cavabını oxucunun analizinə  həvale edirəm.

Əsərdə diqqətçəkən məqamlardan biri də İsrail Kəşfiyyatının (Mossad)  Suzanın həyatında  mühüm rol oynamasıdır.
Əsərin əsas üstünlüklərindən biri də siyasi  məsələlərin qabardılması, Azərbaycanda sövetlər dönəmində yaşanan çətinliklər və insanların  bəzi ölkələrə səyahətlərinin məhdudlaşmasıdır. 

Yazıçı sovetlər dönəmində Türkiyəyə səyahət etməyin necə çətin məsələ olduğunu əsərin əvvəlində çox dəqiqliklə qeyd edir. 
Həyatın hər çətiniyini yaşayan Suzanın  əsərin sonunda rahatlıq tapması  yazıçının “Həyat davam edir” ifadəsinə  nikbin münasibətidir.

 Müəllif “Yıpranmış hayallerin peşinde”  əsərini “Cənnətdə əzab” adı ilə   Azərbaycan türkcəsinə tərcümə edib. Arzulayırıq ki, əsərin tərcümə varinatı  çap olunub Azərbaycanda da yayılsın.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://adalet.az
archiveBu xəbər 06 May 2026 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri