Icma.az
close
up
RU
Civə, qurğuşun, arsen hamısı uşaq qidalarında...

Civə, qurğuşun, arsen hamısı uşaq qidalarında...

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Doğulduğu gündən etibarən körpələri qidalandırmaq valideynlər üçün ən vacib məsələlərdən biridir. Ana südü körpələr üçün ən təməl qidadır və onun dəyəri heç bir qidaya bərabər deyil. Körpələrin ilk 6 ayda ehtiyac duyduğu bütün qida ehtiyacını yalnız ana südü təmin edir. Ümumdünya Səhiyyə Təşkilatı da tövsiyə edir ki, mümkün olduqda ilk 6 ay körpələri yalnız ana südü ilə qidalandırsınlar. Lakin bütün dünyanı cənginə alan süni qida biznesi ilə mübarizədə ÜST heç bir fəaliyyət göstərmir.

Ana südü körpələr üçün yeri başqa heç bir şeylə kompensasiya edilməyəcək bir ehtiyacdır, bu ehtiyac isə standartdır. Dünyanın hansı ölkəsində, hansı şərtlərdə doğulursa doğulsun, bir körpə mütləq ana südü ilə qidalanmalıdır. Bütün vicdanlı həkimlər öz pasiyentlərinə bunun əhəmiyyətini anlatmalı, anaların öz körpələrini ana südü ilə qidalandırmalarını təmin etməlidirlər. Lakin biznes maraqları, firma faizləri həkimlərin vicdanını korşaldıb, ləyaqətini gizlədib. Vəziyyət düşünüldüyündən də təhlükəlidir, həkimlər daha çox körpəni ana südündən kəsmək uğrunda yarışa giriblər, çünki daha çox körpənin “smes” yeməsi daha çox firma bonusu deməkdir.

Bəzi məlumatlara görə bir qutu süni uşaq qidasının satışına görə həkimlər firmadan 40 manat faiz alır. Bu “smes”in markasından, qiymətindən asılı olmayan faizdir, yəni valideynə 100 manata olan süni qidanı da aldırsan, 10 manata olanı da aldırsan firmadan eyni faizi alacaqsan. Siz nə anladınız bu vəziyyətdən? Təbii ki, “smes”in satışının və istehlakının altında yatan qaranlıq səbəblər var. Yəni, istehlakçı və ya qlobal güc, adı hər nədirsə, bir satıb, beş faiz verirsə, qazandığından çox xərcləyirsə deməli onu maraqlandıran şey əslində gəlir yox, gələcəyə hesablanmış addımlardır. Daha aydın desək, marağında olduğu hədəf xəstə gələcəkdir.

Ana südünə alternativ olaraq təqdim edilən bu qidalar nəinki alternativ ola bilər, ümumiyyətlə qida olacaq tərkibdə deyil. Tərkibindəki təhlükəli maddələr körpələrin sağlamlığını ciddi formada hədələyir, gələcəkdə təhlükəli xəstəliklərin yaranmasına səbəb olur. Uşaq qidalarınınm tərkibində palma yağının olduğundan xəbərdarsınızmı? Palma yağı (palma oleini) ana südündə olan yağ turşusunu əvəz etmək üçün süni qidalara əlavə edilir, yəni tərkbində palma yağı olmayan süni qida yoxdur. Palma yağı körpə orqanizminin kalsiumu qəbul etməsinə mane olur, bağırsağı qurudur, mineral və vitaminləri məhv edir. Palma yağı doymuş yağdır, qanda xolesterin səviyyəsini, infarkt və insult riskini artırır, üstəlik “smes”in hazırlanması üçün istifadə edilən isti su ilə təması baş verərsə palma yağı yüksək təzyiqə səbəb olur. Dəhşəti təsəvvür edirsiniz? Yeni doğulann körpə və infarkt, insult, təzyiq...

Süni uşaq qidalarında dad əlavəsi kimi istifadə edilən saxaroza və ya yüksək fruktozalı qarğıdalı siropu, körpələrdə piylənmə yaradır, həmçinin şirin qidalara istəyi artırır. Qarğıdalı siropu bədənə daxil edildikdə bədənimizin şəkər balansını, bioloji sistemi pozur və xərçəngə səbəb olur. Qarğıdalı siropunun xərçəng hüceyrələrini qidalandırdığı çoxdan elmə məlumdur. Allergik xəstəliklərə səbəb olduğu, həmçinin qaraciyərə böyüdücü təsiri olduğu da aşkar edilən faktlardandır.

Süni uşaq qidasındakı ağır metallar - arsen, qurğuşun, kadmiumla bağlı bir çox araşdırmalar aparılıb. 2019-cu ildə aparılan bir araşdırmaya görə, bir çox uşaq qidasında həddən artıq arsen, qurğuşun və kadmium tapılıb. Bu ağır metallar körpələrin beyin inkişafına mənfi təsir göstərir. Ağır toksik metal kimi tanınan arsenin süni uşaq qidaların tərkibində olması ehtimalı belə dəhşətlidir. Bu kimyəvi element kövrək, boz, ya sarı rəngli qeyri-metaldır. Arsenin bütün birləşmələri çox zəhərli maddələrdir. Xalq arasında “siçan dərmanı” kimi tanınan arsenin süni uşaq qidalarında olması barədə iddialar araşdırılmadan ört-basdır edilir.

“Smes”lərin tərkibindəki başqa bir təhlükəli maddə qurğuşundur. Ağır zəhərli metallar arasında zəhərlənmənin ən çox yayılmış səbəbi qurğuşundur. Kiçik miqdarda belə qurğuşun bir çox orqan və toxumaya mənfi təsir göstərir. İnsan bədənində hemoglobinin sintezinə maneə törədir və normal dəmir səviyyəsində mikrositik anemiyaya səbəb olur. Qurğuşun molekulları sinir lifi boyunca impulsların keçirilməsini pozur. Son illər peyvəndlərin və süni qidaların tərkibində qurğuşun olması ilə bağlı xeyli iddia var və bu vəziyyətin autizmli uşaların sayını artırdığı deyilir.

Süni qidaların tərkibində olan bir başqa maddə də kadmiumdur. Kadmium zəhərli metaldır, qida ilə orqanizmə daxil olan kadmium əsasən qara ciyərdə, onikibarmaq bağırsaqda toplanır, böyrəklərə zərər verir. Kadmium sümüklərin quruluşuna və tənəffüs yollarına, xüsusən də böyrəklərə toksik təsir göstərən ağır metaldır və kanserogen təsirə malik olduğu müəyyən edilib. Kadmiumlu qidaların qəbulu qusma və ishal kimi kəskin mədə-bağırsaq əlamətləri göstərir, xroniki məruz qalma isə böyrək, sümük və ağciyər xəstəliklərinə səbəb olur. Düşünün, son illərdə sümük və ağciyər xərçəngi olan nə qədər körpə var...

“Smes”in tərkibində olan daha bir təhlükəli maddə civədir. Civə havadan 7 dəfə ağırdır və həddən artıq zəhərlidir. Təhlükə dərəcəsinə görə civə 1-ci, yəni çox təhlükəli kimyəvi maddələrə aid edilir. Civə orqanizmə 2 yolla düşə bilər - həzm sistemindən və hava yolu ilə. Süni uşaq qidalarının tərkibindəki civə az-az orqanizmə qəbul edilir, nəticədə təhlükə həddinə çatır. Civə sinir və qan-damar sistemini məhv edəcək gücə malikdir.

2019-cu ildə “Healthy Babies Bright Futures” qeyri-kommersiya təşkilatları alyansı uşaq qidaları ilə bağlı “SOS” dedi. Bu qurumun apardığı tədqiqatın nəticələrinə görə, süni uşaq qidalarının təqribən 95 %-nin tərkibində ağır metallar var. “Smes”lər arsen, qurğuşun, kadmium ilə yanaşı civə ilə də zəngindir. Sözügedən qurumun hesabatına görə test edilən süni uşaq qidalarının 73 %-də arsen, 94 %-də qurğuşun, 75 %-də kadmium, 32 %-də isə civə aşkarlanıb. Tədqiqata görə test edilən məhsulların 40 %-də ən azı 3 metal, 26 %-nin tərkibində isə 4 metal aşkarlanıb.

Dünyaya gəldiyi andan etibarən hər bir körpə anasının südünü əmməlidir, bu onun ən təməl haqqıdır və sağlamlığı üçün vacibdir. Övladına süd vermək istəyən, lakin həkimlərin israrı ilə balasını süni qidaya alışdıran minlərlə qadın, süni uşaq qarışıqları ilə zəhərlənən minlərlə uşaq var ölkəmizdə. Qadınların ən həssas zamanından, ən müdafiəsiz anından istifadə edərək övladını öz südü ilə yox, süni qida ilə doyurmasını təkid edən həkimlər, əgər haqq-ədalət varsa, bir gün bu əməlinizə görə cavab verəcəksiniz. Təsiriniz altına düşüb övladına öz südü yerinə, naməlum qarışıqları yedirdən anaların, ən təməl qidasından məhrum olan körpələrin ahı yerdə qalmamalıdır, qalmayacaq.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:289
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Yanvar 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri