Icma.az
close
up
RU
Çiyələyin çürüməsinin qarşısını necə almaq olar? parça kifayət edir

Çiyələyin çürüməsinin qarşısını necə almaq olar? parça kifayət edir

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çiyələk mövsümündə piştaxtalar adeta rəng cümbüşünə çevrilir; lakin bu ləzzətli meyvə təravətini qorumaqda çox həssasdır. Aldıqdan bir neçə gün sonra yumşalmağa, qaralmağa və hətta kiflənməyə başlayan çiyələklər çox zaman tullantıya çevrilir. Halbuki sadə, lakin təsirli bir neçə üsulla çiyələklərin raf ömrünü uzatmaq mümkündür. Üstəlik bunun üçün sizə sadəcə mətbəxinizdə olan bir neçə təbii məhsul kifayətdir. Bəs çiyələkləri uzun müddət təzə saxlamağın sirləri nələrdir?

Lent.az bu üsulları sizə təqdim edir:

Sirkə ilə yumaq üsulu
Çiyələkləri birbaşa kran suyu ilə yumaq, bakteriya və kif sporlarını tam olaraq təmizləmir. Bunun yerinə təbii bir həll olan sirkəli-su qarışığını sınayın. 1 hissə ağ sirkə ilə 3 hissə suyu qarışdırın. Çiyələkləri bu qarışımda 3-5 dəqiqə saxlayın, sonra yaxşıca durulayıb kağız dəsmalla qurudun. Bu üsul çiyələyin səthindəki mikroorqanizmləri yox edərək tez xarab olmasının qarşısını alır.

1 parça kağız dəsmal
Çiyələkləri saxlayarkən ən böyük düşmən nəmdir. Artıq nəmlik kifin yaranmasını sürətləndirir. Buna görə saxladığınız qabın altına bir qat kağız dəsmal yayın, çiyələkləri zədələnməyəcək şəkildə tək qat olaraq yerləşdirin. Üstlərinə yenidən kağız dəsmal qoyaraq qat şəklində düzə bilərsiniz. Qabın qapağını bağlayın və soyuducuya qoyun. Bu üsulla çiyələklər 5-7 günə qədər təzə qala bilər.

Saplarını qopartmayın
Çiyələkləri yuduqdan sonra dərhal saplarını qoparmaq geniş yayılmış bir səhvdir. Saplar, meyvənin içindəki nəmin xaricə çıxmasına kömək edir. Buna görə də çiyələkləri yeyənə qədər sapları ilə birlikdə saxlamaq, onların təravətini qoruyur. Çiyələkləri birbaşa soyuducunun ən soyuq bölməsinə qoymaq əvəzinə, nəmin az olduğu tərəvəz gözündə saxlamaq daha uyğundur. Həmçinin çiyələkləri yuyulmamış və quru şəkildə saxlamaq, xarab olmanı gecikdirir. Yeyəcəyiniz zaman yumaq ən doğru üsuldur.

Şəffaf şüşə qabda saxlayın
Hava keçirməyən şüşə qabda, çiyələkləri yuyulmadan birbaşa saxlamaq da faydalı üsullardandır. Qapağını möhkəm bağlayın və soyuducunun tərəvəz hissəsinə yerləşdirin. Bu üsul xüsusilə qısa müddətli təravət üçün olduqca təsirlidir. Çiyələyin ömrünü uzatmaq üçün sizə lazım olan yalnız bir neçə təbii məhsul və düzgün saxlama üsuludur. Kimyəvi maddələrə ehtiyac duymadan, təbiətin təqdim etdiyi bu kiçik ipucları ilə meyvələrinizi israf etmədən istifadə edə bilər, dadlarını uzun müddət ilk günkü kimi qoruyub saxlaya bilərsiniz.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 May 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri