Çiyin ağrısı təhlükəli xəstəliyin XƏBƏRÇİSİ ola bilər
Icma.az bildirir, Lent az portalına istinadən.
Adi görünən sağ çiyin ağrısı, insanların çox vaxt yorğunluq və ya düzgün olmayan duruşla əlaqələndirdiyi bu hal, əslində qaraciyər xərçənginin erkən siqnalı ola bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, sağ çiyində yaranan qeyri-adi ağrı təhlükəli bir xəstəliyin qaraciyər xərçənginin erkən əlaməti ola bilər.
Onkoloqlar bildirir ki, bu tip ağrı çox vaxt periodik olur və yalnız oynaq nahiyəsində hiss edilir, bütün qola yayılmır. Məhz buna görə insanlar onu ciddi qəbul etmirlər. Adətən bu əlamət fiziki fəaliyyət sonrası yorğunluq, əzələ dartılması və ya düzgün olmayan duruşla səhv salınır.
Lakin onkoloq İrji Kubes qeyd edir ki, təhlükəli xəstəliklərin ilkin əlamətləri çox zəif və nəzərə çarpmayan ola bilər, buna görə də insanlar onları tez-tez görməzdən gəlirlər.
Həkimlərin sözlərinə görə, qaraciyər xərçəngi “uzaqdan hiss olunan” ağrı yarada bilər. Bu zaman ağrı qarın nahiyəsində deyil, çiyində hiss olunur.
Bunun səbəbi qaraciyərin çiyinlə əlaqəli sinirlərə yaxın yerləşməsidir. Sinir uclarının qıcıqlanması nəticəsində ağrı bədənin başqa hissələrinə ötürülə bilər. Böyük Britaniyada fəaliyyət göstərən xeyriyyə təşkilatlarının məlumatına görə, hər il təxminən 6000 nəfərdə qaraciyər xərçəngi diaqnozu qoyulur və bu xəstəlikdən ölüm halları digər geniş yayılmış xərçəng növləri ilə müqayisədə daha sürətlə artır. Eyni zamanda, xəstələrin yalnız 30 faizində xəstəlik erkən mərhələdə aşkar edilir.
Milli Səhiyyə Xidmətinin (NHS) məlumatına əsasən, qaraciyər xərçənginin əsas əlamətləri bunlar ola bilər:
dərinin və göz ağlarının saralması
iştahanın azalması
sürətli və səbəbsiz çəki itkisi
daimi yorğunluq hissi
tez-tez xəstələnmə
qarının sağ tərəfində şiş və ya bərklik hissi
qarının sağ yuxarı hissəsində ağrı
sağ çiyində ağrı
həzm problemləri
qarında köp
daimi ürəkbulanma
Dərinin və gözlərin saralması (sarılıq) qaraciyərin ciddi problemlərindən xəbər verə bilər. Bu hal körpələrdə bəzən öz-özünə keçsə də, böyüklər üçün ciddi siqnal hesab olunur və dərhal müayinə tələb edir.
Həkimlər tövsiyə edir ki, əgər qarında şiş hiss edirsinizsə, səbəbsiz arıqlayırsınızsa və ya hər hansı əlamət 2 həftədən çox davam edirsə, mütləq həkimə müraciət edin.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:212
Bu xəbər 03 Aprel 2026 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















