Icma.az
close
up
RU
Çökək və dərə kənarı ərazilərdə yaşayış evləri tikilməməlidir Ekspert

Çökək və dərə kənarı ərazilərdə yaşayış evləri tikilməməlidir Ekspert

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

Son günlər yağan leysan xarakterli yağışlardan sonra Bakı və Abşeron ərazisində bir çox yaşayış massivlərində subasma qeydə alınıb. Müşahidələrdən məlum olur ki, su basan ərazilərin əksəriyyəti yeni salınan yaşayış massivləridir. Bu massivlər əsasən son 20-25 ildə satılan torpaq sahələrində salınan  yaşayış əraziləridir. Artıq bir neçə ildir ki, güclü yağışlardan sonra həmin ərazilərdə inşa olunan fərdi yaşayış evlərinin həyətləri, evlərin özü və ya qeyri-yaşayış obyektləri subasmaya məruz qalır. Maraqlıdır ki, köhnə yaşayış məntəqələrində belə hallar ya müşahidə edilmir, ya da çox az rast gəlinir. 


Sfera.az-a açıqlama verən əmlak eksperti Anar Nəsirov bildirdi ki, sovet dövründə və müstəqilliyin ilk illərində torpaq sahələri insanlara ayrılarkən əvvəlcə əraziyə su, qaz, işıq, kanalizasiya kimi əsas kommunikasiya xətləri çəkilir, daha sonra isə həmin sahələrdə yaşayış üçün icazə verilirdi.

Ekspert dedi ki, həmin illərdə sürüşmə riski, subasma ehtimalı və digər təbii fəlakət amilləri ciddi şəkildə nəzərdən keçirilirdi.


A.Nəsirov bu cür araşdırmalara və hazırlıqlara sonrakı illərdə əhəmiyyət verilmədiyini dedi:


“Təxminən sovet hökumətinin dağılmasından 5-10 il sonra bu qaydalara əməl olunmadı. Bələdiyyələr torpaq satışı zamanı nə sel riski, nə kanalizasiya, nə də torpağın strukturu kimi vacib məsələləri nəzərə almadan əraziləri fərdi yaşayış üçün ayırmağa başladılar”.


Ekspertin sözlərinə görə, bu gün Bakıda və Abşeron yarımadasında yerləşən yeni tikililərin təxminən 70 faizində kanalizasiya sistemi yoxdur. Nəticədə, yağışlı havalarda həmin ərazilərdə toplanan sular evlərə və həyətlərə dolur:

"Çökək, dərə kənarları və yarğanlı sahələrdə tikilmiş evlər xüsusilə yüksək risk altındadır. Bəzi ərazilərdə ev sahibləri kanalizasiya olmadığı üçün “şambo” sistemindən istifadə edir. Bu da torpağın alt qatlarında suyun toplanmasına səbəb olaraq, yağış yağdıqda suyun üzə çıxmasına və subasmaya yol açır".


A.Nəsrov bildirib ki, torpaq sahələri satışa çıxarılmazdan öncə aidiyyəti dövlət qurumlarından rəy alınmalı, həmin torpağın relyefi, qrunt suyu səviyyəsi, subasma və sürüşmə riski qiymətləndirilməlidir.


“Su həmişə aşağı axır. Çökək, dərə kənarı ərazilər yaşayış üçün yararlı hesab edilməməlidir”, – deyə Nəsirov əlavə edib.


Mütəxəssis onu da vurğulayıb ki, bu problemlərin qarşısını almaq üçün torpaq və ya ev alarkən alıcılar diqqətli olmalı, texniki sənədləri yoxlamalı və mütəxəssislərdən rəy almalıdırlar: "Əks halda, bu kimi təbii fəlakətlər qarşısında insanlar həm maddi, həm də mənəvi zərər görə bilər".


Bəsti Rəfizadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://sfera.az
archiveBu xəbər 18 Aprel 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri