Conni Deppdən gözlənilməz hərəkət Video
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Məşhur amerikalı aktyor Conni Depp Las-Veqasda keçirilən tədbirdə qeyri-adi davranışı ilə diqqət çəkib.
“Qafqazinfo” xəbər verir ki, 63 yaşlı aktyor “Park MGM”də təşkil olunan “Drink Las Vegas” tədbirində fotoqraflar üçün poza verərkən arxasındakı dekorativ bitkilərdən birinin yarpağını dişləyib.
Depp yarpağı bir müddət ağzında saxlayaraq kameralar qarşısında poza verib.
Aktyor daha sonra eyni hərəkəti təkrarlayaraq bu dəfə daha böyük yarpaq parçasını dişləyib. Onun bu davranışı tədbirin ən çox diqqətçəkən anlarından birinə çevrilib.
Bildirilib ki, fotosessiya zamanı Deppin dişlədiyi bitkilər həqiqi deyil, dekorativ məqsədlə istifadə olunan süni bitkilər olub.
Qeyd edək ki, Conni Depp son günlər yeni filmi “Day Drinker”lə də gündəmdədir. Mark Uebbin rejissorluğu ilə çəkilən filmdə aktyor Madelin Klayn və Penelopa Kruzla birlikdə rol alır. Deppin filmdəki dəyişmiş görünüşü də diqqət çəkən məqamlardan biri olub.
Baxış sayı:102
Bu xəbər 28 Sentyabr 2026 00:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















