Icma.az
close
up
RU
COP29 çərçivəsində iqlimə dayanıqlı aqrar sektorun inkişafına dair tədbir keçirilib VİDEO AZƏRTAC

COP29 çərçivəsində iqlimə dayanıqlı aqrar sektorun inkişafına dair tədbir keçirilib VİDEO AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 19 noyabr, AZƏRTAC

Bakıda COP29 çərçivəsində “İqlim dəyişikliyinə dayanıqlı aqrar sektor üçün innovativ yanaşmalar və birgə əməkdaşlığın rolu” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, “Qida, Kənd Təsərrüfatı və Su Günü”ndə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) təşəbbüsü ilə keçirilən tədbirdə AKİA-nın rəhbər şəxsləri, fermerlər, banklar da daxil olmaqla, özəl sektorun, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

AKİA-nın Dövlət dəstəyi şöbəsinin müdiri Rəşad Fəttahov dövlət dəstəyi mexanizmləri və onların təsirinin artırılması yolları mövzusunda çıxış edib. O, əvvəlcə Aqrar Subsidiya Şurası tərəfindən qəbul edilən yeni dəyişikliklərlə bağlı ətraflı məlumat verib. Daha sonra dövlət dəstəkləri və ən son dəyişikliklərin fermerlər üçün yaratdığı imkanlardan danışıb.

AKİA-nın sədr müavini Mehman İsmayılov kənd təsərrüfatının maliyyələşdirilməsində bankların və digər kredit təşkilatlarının rolundan danışıb. Həmçinin dövlət-özəl tərəfdaşlığının dayanıqlı kənd təsərrüfatı üçün necə əsas olduğunu vurğulayıb. O, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindən (EKTİS) alınan məlumatlarla fermerlərin maliyyə tarixçəsinin vizual təqdimatını da nümayiş etdirib.

Daha sonra AKİA-nın Layihə və proqramlar şöbəsinin müdiri Fərid Əmirov iqlim dəyişikliyinin kənd təsərrüfatına təsirini azaltmaq məqsədi ilə beynəlxalq təşkilatlar və donorlarla əməkdaşlığın artırılması istiqamətləri və Bakı Harmoniya İqlim Təşəbbüsü adlı mövzu ilə çıxış edib. Çıxışında qeyd edib ki, iqlim dəyişikliyinin qlobal təsirlərinə qarşı daha geniş əməkdaşlıq çox vacibdir:

“Bu mənada beynəlxalq layihələr və dövlət proqramlarının kənd təsərrüfatına olan müsbət təsirini nəzərə alaraq xüsusilə qadın və gənc fermerlər üçün həyata keçirilən layihələr olduqca faydalıdır”. Şöbə müdiri bununla yanaşı, COP29-dan sonrakı fəaliyyətlər və Bakı Harmoniya İqlim Təşəbbüsündən irəli gələn tədbirlərlə bağlı beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq imkanlarından da danışıb.

Tədbirin sonunda auditoriyanın və fermerlərin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2024 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see321

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see248

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see206

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see202

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see188

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see170

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see142

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see139

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see137

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri