Icma.az
close
up
RU
COP29 çərçivəsində “Radiasiya və iqlim dəyişikliyi: yeni çağırışlar” mövzusunda tədbir keçirilib AZƏRTAC

COP29 çərçivəsində “Radiasiya və iqlim dəyişikliyi: yeni çağırışlar” mövzusunda tədbir keçirilib AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 18 noyabr, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Fövqəladə Hallar Nazirliyi (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin moderatorluğu ilə “Radiasiya və iqlim dəyişikliyi: yeni çağırışlar” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər ki, tədbirdə Fövqəladə Hallar, Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı, Energetika, Ekologiya və Təbii Sərvətlər Nazirlikləri, Dövlət Su Ehtiyatları Agentliyi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Nicat Əliyev ölkəmizdə nüvə və radioloji fəaliyyətin təhlükəsizliyinin təmin edilməsi, bu sahədə infrastrukturunun gücləndirilməsi, fövqəladə hallara hazırlıq, radioaktiv tullantıların təhlükəsiz idarə edilməsi, ətraf mühitin radioloji monitorinqi və qorunması istiqamətində görülən işlərdən bəhs edib.

Nicat Əliyev qeyd edib ki, Azərbaycanda nüvə və radiasiya texnologiyaları əsasən tibb, sənaye, elmi tədqiqat, sahələrində geniş tətbiq edilir. Onun sözlərinə görə, son illərdə radioloji fəaliyyətin nüvə təbabəti və kənd təsərrüfatı kimi sahələri də əhatə etməsi əhalinin həyat keyfiyyətinin artırılması istiqamətində atılmış mühüm addımlardan biridir: “Ölkəmiz radioaktiv tullantıların idarəedilməsi sahəsində qabaqcıl yerlərdən birini tutur. Radioaktiv tullantıların idarəedilməsi, onların uzun müddətli saxlanması üzrə radioaktiv mənbələrin çeşidlənməsi və emalının həyata keçirilməsinə nail olmaq üçün yüksək aktivlikli radioaktiv mənbələrlə müxtəlif əməliyyatların aparılacağı “isti kamera” quraşdırılıb. Ölkəmizdə həyata keçirilən radioloji fəaliyyətə nəzarət Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinə (FHNM, NRFTDA) həvalə edilib. Bu agentlik müvafiq insan resurslarına və texniki təminata malikdir. NRFTDA-nın fəaliyyəti AEBA ilə sıx əməkdaşlıqda həyata keçirilir”.

N.Əliyev vurğulayıb ki, ölkə ərazisinin radiasiya təhlükəsizliyinin təmin edilməsi üçün mütəmadi radiasiya fonunun və ətraf mühitin radioaktiv çirklənməsinin müşahidələri aparılır.

“AEBA-nin dəstəyi ilə havada, suda və torpaqda radionuklidlərin və radon qazının təyini üçün istifadə olunan müxtəlif qurğular, o cümlədən ölkə ərazisində avtomatlaşdırılmış onlayn radioloji erkən xəbərdarlıq monitorinqinə nəzarət sistemləri quraşdırılıb. Son illərdə ölkəmizdə ionlaşdırıcı şüalanma mənbələrinin tətbiq sahələri genişləndirilərək, nüvə təbabəti, məhsulların sterilizasiyası, kənd təsərrüfatı kimi əhəmiyyətli sahələri də əhatə etməyə başlayıb”, - deyə o qeyd edib.

Nicat Əliyev əlavə edib ki, Azərbaycanda, iqlim dəyişmələrinə səbəb olan amillərin təsirlərinin azaldılması istiqamətində də mühüm işlər görülür. COP29-un Bakıda keçirilməsi buna sübutdur: “COP29 çərçivəsində Energetika Nazirliyi ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında imzalanmış Anlaşma Memorandumu ölkəmizdə nüvə texnologiyalarının tətbiqi sahəsində yeni üfüqlər açır. Enerji əldə etmək üçün nüvə enerjisindən istifadə, karbon qazı emissiyalarını azaltmağa kömək edə biləcək təmiz və etibarlı enerji mənbəyi təmin etməklə, iqlim dəyişikliklərinə təsirlərin azaldılmasında mühüm rol oynayır. Bu baxımdan nüvə enerjisi əldə etmək üçün Modul tipli Kiçik Reaktorların təmiz enerji keçidindəki potensialının təhlili çox əhəmiyyətlidir. Belə reaktorların istismar edilməsi, karbon emissiyasının sıfıra endirilməsinə töhfə verməklə, iqlim dəyişikliklərinə səbəb olan təsirlərin azaldılmasında əhəmiyyətli rol oynayacaq”.

Sonra çıxış edənlər – AEBA-nın bölmə müdiri Vey Huanq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə tədqiqatları departamentinin müdiri Cəlal Nağıyev, Kənd Təsərrüfatı Nazirliyi Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Seymur Səfərli mövzunun əhəmiyyətini qeyd edib, iqlim dəyişikliyi ilə əlaqədar nüvə və radioloji fəaliyyət sahəsində qarşıda duran məsələlərdən danışıblar.

Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri