Icma.az
close
up
RU
COP29 çərçivəsində “Yaşıl İşlər və Bacarıqlar” mövzusunda Yüksək Səviyyəli Üçtərəfli Dəyirmi Masa təşkil olunub

COP29 çərçivəsində “Yaşıl İşlər və Bacarıqlar” mövzusunda Yüksək Səviyyəli Üçtərəfli Dəyirmi Masa təşkil olunub

Icma.az, Operativmedia portalına istinadən məlumat verir.

COP29 çərçivəsində noyabrın 18-də “Yaşıl işlər və bacarıqlar” mövzusunda yüksəksəviyyəli üçtərəfli dəyirmi masa təşkil edilib.

"Operativ Media" xəbər verir ki, COP29 Sədrliyi/Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Asiya İnkişaf Bankı (ADB), Beynəlxalq Əmək Təşkilatı (ILO) və İƏT Əmək Mərkəzinin tərəfdaşlığı ilə baş tutan sessiyada iqlim dəyişmələrinə davamlı iş yerlərinin yaradılması üçün kadr ehtiyatını necə təmin etmək, əsas problemləri və innovativ həlləri vurğulamaqla hazırkı işçiləri necə yenidən hazırlamaq barədə müzakirələr aparılıb. Sessiyada iqlim dəyişikliklərinə uyğunlaşma prosesində yaşıl iqtisadiyyatın inkişafı üçün peşə bacarıqlarının artırılması, əmək bazarının çevikliyi əsas mövzular olub.

Sessiyada çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, insan kapitalı məsələsinə diqqət yetirmək çox önəmlidir: “Bazar iqtisadiyyatı, təcrübəli mütəxəssislər və sair iqlim dəyişikliyinin nəticələri ilə mübarizədə çox önəmlidir. Qadınları, fiziki qüsurlu insanları və digər iş tapmaqda çətinlik çəkən insanları əmək bazarına cəlb etmək lazımdır. Biz 100-dən çox təşkilatla əməkdaşlıq edirik. Yaşıl enerji ilə bağlı yeni işlər yaranır və bu işlərə tələbat çoxalır. Beləliklə, təhsilli kadrlar yetişdirmək çox önəmlidir”.

Gürcüstanın səhiyyə naziri Mixeil Sarjveladze çıxışında diqqətə çatdırıb ki, ən önəmli prioritetlərdən biri də dövlət tərəfindən maliyyələşən yeni əmək təlimlərinin həssas bölgələrdə təşkili və daha sonra həmin şəxsləri yeni iş yerləri ilə təmin etməkdir. O bildirib ki, ən əsas hədəf regionlarda, tətil bölgələrində iş yerlərinin yaradılmasıdır. Yaşıl iş yerləri yalnız yeni iş vakansiyaları yaratmaq deyil, ətraf mühitə daha məsuliyyətli yanaşmaqdır.

Böyük Britaniyanın Ətraf Mühit, Ərzaq və Kənd Məsələləri Departamentində Parlament Dövlət katibinin müavini (təbiət naziri) Mary Creagh çıxışı zamanı yoxsulluq məsələsi barədə danışıb: “Bizim hədəflərimizdən biri yoxsulluğun qarşısını almaqdan ibarətdir. Bu forumda bir araya gələrək biz də ətraf mühit məsələlərinə öz töhfəmizi veririk. 6,3 milyon iş yerinin iqtisadi transformasiya nəticəsində itiriləcəyini gözləyirik. Buna görə “Skills England” adlı yeni əmək təlimlərini təşkil edən təşkilat yaratmışıq”.

Tərəfdaş qurumlar iqlimə davamlı iş yerlərinin yaradılması və mövcud işçilərin yenidən hazırlanması üçün əməkdaşlığın vacibliyini vurğulayıblar. Tədbir iştirakçıları, həmçinin innovativ həllərin tətbiqi və yaşıl iş yerlərinin inkişafı ilə bağlı uğurlu təcrübələri müzakirə ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 18 Noyabr 2024 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see225

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see205

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see191

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see188

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see184

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see177

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see165

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see160

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see148

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see145

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see145

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see142

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see141

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see139

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see138

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see137

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see135

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see131

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see130

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri