Icma.az
close
up
RU
“COP29 ən əhəmiyyətli və tarixi iqlim konfranslarından biri kimi tanınıb” YALÇIN RƏFİYEV

“COP29 ən əhəmiyyətli və tarixi iqlim konfranslarından biri kimi tanınıb” YALÇIN RƏFİYEV

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) əldə edilmiş nəticələr sayəsində ən vacib və tarixi iqlim konfranslarından birinə çevrilib. SİA xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində bildirib.

"COP29-un keçirildiyi konteksti, eyni zamanda geosiyasi çətinlikləri, danışıqlar prosesinin özünün çağırışlarını nəzərə alsaq bunu iddia etməyə haqqımız var. Ötən il 60-dan çox ölkədə seçkilər keçirilib və bir sıra hallarda bu, əhəmiyyətli siyasi dəyişikliklərə səbəb olub. Hakimiyyətə gələn bəzi hökumətlər iqlim dəyişikliyi və onun nəticələri ilə mübarizə məsələlərində başqa, bəzən isə radikal şəkildə fərqlənən mövqe tutublar", - Y.Rəfiyev qeyd edib.

Onun sözlərinə görə, bu amillər danışıqları və tərəflər arasında konsensusa nail olmağı əhəmiyyətli dərəcədə çətinləşdirib.

"COP prosesinin institusional strukturunu da anlamaq vacibdir. Paris Sazişi çərçivəsində üç əsas istiqamət fəaliyyət göstərir: təsirlərin yumşaldılması, uyğunlaşma və maliyyələşdirmə. Hər bir COP konfransı rotasiya prinsipi ilə əsasən bu sahələrdən birinə fokuslanır. Bakıdan iqlim maliyyələşdirməsi sahəsində irəliləyiş gözlənilirdi", - Y.Rəfiyev vurğulayıb.

COP29-un baş danışıqçısı bildirib ki, maliyyələşdirmə ön plana çıxır: "Ölkələrin öz iqlim öhdəliklərini və ambisiyalarını həyata keçirə bilməsi üçün həm texnoloji həllər, həm də potensialın artırılması üzrə tədbirlərin həyata keçirilməsi zəruridir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 İyun 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri