Icma.az
close
up
RU
COP29: İnnovativ həllərin tətbiqi və yaşıl iş yerlərinin inkişafı ilə bağlı uğurlu təcrübələr müzakirə olunub

COP29: İnnovativ həllərin tətbiqi və yaşıl iş yerlərinin inkişafı ilə bağlı uğurlu təcrübələr müzakirə olunub

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

COP29 çərçivəsində noyabrın 18-də “Yaşıl işlər və bacarıqlar” mövzusunda yüksəksəviyyəli üçtərəfli dəyirmi masa təşkil edilib.

AZƏRTAC xəbər verir ki, COP29 Sədrliyi/Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Asiya İnkişaf Bankı (ADB), Beynəlxalq Əmək Təşkilatı (ILO) və İƏT Əmək Mərkəzinin tərəfdaşlığı ilə baş tutan sessiyada iqlim dəyişmələrinə davamlı iş yerlərinin yaradılması üçün kadr ehtiyatını necə təmin etmək, əsas problemləri və innovativ həlləri vurğulamaqla hazırkı işçiləri necə yenidən hazırlamaq barədə müzakirələr aparılıb. Sessiyada iqlim dəyişikliklərinə uyğunlaşma prosesində yaşıl iqtisadiyyatın inkişafı üçün peşə bacarıqlarının artırılması, əmək bazarının çevikliyi əsas mövzular olub.

Sessiyada çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, insan kapitalı məsələsinə diqqət yetirmək çox önəmlidir: “Bazar iqtisadiyyatı, təcrübəli mütəxəssislər və sair iqlim dəyişikliyinin nəticələri ilə mübarizədə çox önəmlidir. Qadınları, fiziki qüsurlu insanları və digər iş tapmaqda çətinlik çəkən insanları əmək bazarına cəlb etmək lazımdır. Biz 100-dən çox təşkilatla əməkdaşlıq edirik. Yaşıl enerji ilə bağlı yeni işlər yaranır və bu işlərə tələbat çoxalır. Beləliklə, təhsilli kadrlar yetişdirmək çox önəmlidir”.

Gürcüstanın səhiyyə naziri Mixeil Sarjveladze çıxışında diqqətə çatdırıb ki, ən önəmli prioritetlərdən biri də dövlət tərəfindən maliyyələşən yeni əmək təlimlərinin həssas bölgələrdə təşkili və daha sonra həmin şəxsləri yeni iş yerləri ilə təmin etməkdir. O bildirib ki, ən əsas hədəf regionlarda, tətil bölgələrində iş yerlərinin yaradılmasıdır. Yaşıl iş yerləri yalnız yeni iş vakansiyaları yaratmaq deyil, ətraf mühitə daha məsuliyyətli yanaşmaqdır.

Böyük Britaniyanın Ətraf Mühit, Ərzaq və Kənd Məsələləri Departamentində Parlament Dövlət katibinin müavini (təbiət naziri) Mary Creagh çıxışı zamanı yoxsulluq məsələsi barədə danışıb: “Bizim hədəflərimizdən biri yoxsulluğun qarşısını almaqdan ibarətdir. Bu forumda bir araya gələrək biz də ətraf mühit məsələlərinə öz töhfəmizi veririk. 6,3 milyon iş yerinin iqtisadi transformasiya nəticəsində itiriləcəyini gözləyirik. Buna görə “Skills England” adlı yeni əmək təlimlərini təşkil edən təşkilat yaratmışıq”.

Tərəfdaş qurumlar iqlimə davamlı iş yerlərinin yaradılması və mövcud işçilərin yenidən hazırlanması üçün əməkdaşlığın vacibliyini vurğulayıblar. Tədbir iştirakçıları, həmçinin innovativ həllərin tətbiqi və yaşıl iş yerlərinin inkişafı ilə bağlı uğurlu təcrübələri müzakirə ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Noyabr 2024 23:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2008

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see227

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see200

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see187

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see152

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see147

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see140

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see140

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see137

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see136

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see134

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see129

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see122

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri