Icma.az
close
up
RU
COP29 kimi irimiqyaslı tədbirə ev sahibliyi etməsi və uğurla başa vurması bir daha ölkəmizin gücünün göstərdi DEPUTAT

COP29 kimi irimiqyaslı tədbirə ev sahibliyi etməsi və uğurla başa vurması bir daha ölkəmizin gücünün göstərdi DEPUTAT

Sonxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"COP29 kimi irimiqyaslı tədbirə ev sahibliyi etməsi və uğurla başa vurması bir daha ölkəmizin gücünün göstərdi" - DEPUTAT

"COP29 kimi irimiqyaslı tədbirə ev sahibliyi etməsi və uğurla başa vurması bir daha ölkəmizin gücünün göstərdi".

Bunu Sonxeber.az-a danışan deputat Şahin Seyidzadə bildirib.

Deputat qeyd edib ki, COP29-un Azərbaycanda keçirilməsi bir daha həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün yeni imkanlar yaratdı:

"Beynəlxalq təşkilatların nümayəndələri Qarabağda törədilmiş ekoterror barədə müfəssəl məlumat almaq imkanına malikdirlər. Çünki ölkəyə gələn nümayəndələr 30 il boyunca Ermənistan tərəfindən törədilən işğal faktı və onun fəsadları ilə bağlı məlumatlandılar, bölgədə aparılan bərpa-quruculuq işlərinin gedişi ilə tanış oldular.
Bu tədbir Azərbaycanın maraqlarının bütün dünyada təbliği və ölkəmizin beynəlxalq aləmdə sülhün, sabitliyin inkişafına dəstək missiyasını layiqincə yerinə yetirdiyi və bir çox ölkələrlə əməkdaşlıq əlaqələrinin qurulması, inkişafı baxımından əhəmiyyətlidir. On minlərlə insanın iştirak etdiyi COP29 yeni çağırış, təklif və ixtiralarla da tarixin yaddaşına yazılan mötəbər tədbir olacaq. Bəli, Bakı COP29 vasitəsilə həm də ilklərin ünvanı oldu.
Azərbaycan strateji coğrafi mövqeyə malik, təbii resurslarla zəngin ölkədir. COP29-dan əldə edilən təcrübələr yerli və beynəlxalq ekspertlər arasında əməkdaşlığa, bilik mübadiləsinə, vətəndaşların rifahının yaxşılaşmasına, onların ekoloji cəhətdən daha məsuliyyətli davranış sərgiləməsinə müsbət təsir edəcək. Tədbirin əsas mövzusu ekoloji məsələlərin müzakirəsi olsa da, geniş imkanlar və aktuallığı baxımından həm də siyasi və iqtisadi təsirlər yaradır. Bu öhdəlik Azərbaycanın dövlət strategiyasına da uyğundur. COP29 tədbiri ətraf mühitə mənfi təsirin azaldılmasını, eyni zamanda iqlim dəyişmələri ilə bağlı əldə edilən qabaqcıl təcrübələrin Azərbaycana inteqrasiyasını təşkil edəcək. Gələcəkdə Azərbaycana gələn turistlərin sayının çoxalması turizm sektorunun inkişafı da iqtisadi artıma öz müsbət təsirini göstərəcək. Digər tərəfdən, qeyri-neft sektorunun inkişafını dəstəkləyən mühit yaranacaq, məşğulluğun təmin olunmasında fürsətlər artacaq. Ölkəyə xarici investisiyaların cəlb olunması üçün əlverişli mühit və yüksək potensial formalaşacaq".

Deputat vurğulayıb ki, ölkədə iqtisadi mühitin beynəlxalq investorlara əlçatan olması alternativ enerji strategiyasının uğurla həyata keçirilməsinə və dayanıqlılığına imkan verəcək:

"Azərbaycan COP29-la texnoloji yeniliklər, iqtisadi və dayanıqlı inkişaf sahəsində böyük imkanlar qazanacaq. Bu tədbir vasitəsilə ətraf mühitin qorunmasına hesablanan uğurlarla yanaşı, ölkənin gələcək iqtisadi yüksəlişində də böyük nailiyyətlər əldə olunmasına zəmin yaradacaqdır. Geosiyasi parçalanmanın müşahidə edildiyi bir ildə bir çox insanlar Azərbaycanın buna nail ola biləcəyinə şübhə edirdilər. Hamının razılaşa biləcəyinə şübhə ilə yanaşırdılar. Onlar hər iki məsələdə yanıldılar. Tərəflər, BMT İqlim Dəyişmələri Konfransına ev sahibliyi edən Azərbaycan Respublikası Hökumətinin və Azərbaycan xalqının qlobal ictimaiyyətə xidmətlərini yüksək qiymətləndiriblər.

Öz işini yüksək səviyyədə başa vuran COP29 dünyanın marağına səbəb oldu. Ölkəmizə gələn xarici nümayəndələr təəssüratlarını istər yerli mediada, istərsə də öz dövlətlərinin mətbuat orqanlarında paylaşdılar. Bakı hər kəsdə xoş ovqat yaratdı. Gərgin iş rejimindən sonra gəldikləri ölkəni, şəhəri gəzib dincəlmək zövq aldıqlarını bildirdilər. Biz onlara paytaxtımızın hər yerində, xüsusilə bizim tarixi irsimiz olan İçərişəhərdə rast gəldik. Bu gün Azərbaycan dünyanın birləşdiyi və planeti sülhə, əmin-amanlığa səsləyən, təmiz ekoloji iqlim uğrunda aktiv mübarizə aparan məkana çevrildi.
Azərbaycanın COP29 kimi irimiqyaslı tədbirə ev sahibliyi etməsi və uğurla başa vurması bir daha ölkəmizin gücünün göstərdi".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 26 Noyabr 2024 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see191

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri