“1 2 hadisəyə görə bütün Çin avtomobillərinin yanmağa meyilli olduğunu iddia etmək doğru deyil”
Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
“Elektrik və hibrid avtomobillərdə elektrik naqillərinin və cərəyanın çoxluğu müəyyən risklər yaratsa da, bu avtomobillər istehsal zamanı beynəlxalq təhlükəsizlik standartlarına uyğun hazırlanır. Bu baxımdan, mövcud risklər nəzərə alınaraq, istehsalçılar tərəfindən ciddi tədbirlər görülür”.
Bu fikirləri nəqliyyat eksperti Yasin Mustafayev Demokrat.az-a açıqlamasında deyib.
O diqqətə çatdırıb ki, son dövrlərdə Çin avtomobilləri ilə bağlı yanğın hadisələri ətrafında cəmiyyətdə müəyyən söz-söhbətlər dolaşır:
“Lakin bu barədə konkret və təsdiqlənmiş statistika yoxdur. Bir və ya iki hadisəyə əsaslanaraq, bütün Çin avtomobillərinin yanmağa meyilli olduğunu iddia etmək doğru deyil. Əgər obyektiv yanaşsaq, digər ölkələrdə istehsal olunan avtomobillər arasında da oxşar hallar müşahidə olunur. Deməli, bu, yalnız Çin istehsalı olan avtomobillərlə məhdudlaşmır. Əksinə, bu gün elektrik avtomobilləri getdikcə daha müasir, keyfiyyətli və təhlükəsizlik baxımından təkmilləşdirilmiş formada istehsal olunur”.
Ekspert bildirib ki, müasir avtomobillər üçün tətbiq edilən yeni texniki standartlar onların təhlükəsizliyini xeyli artırır:
“Əksər hallarda belə yanğınlar avtomobilə sonradan edilən müdaxilələr nəticəsində baş verir. Avadanlıqların düzgün quraşdırılmaması avtomobilin elektrik sistemində qısaqapanmaya, nəticədə isə yanğına səbəb ola bilər. Bu səbəbdən də avtomobillərə edilən hər bir əlavə müdaxilə yalnız mütəxəssislər tərəfindən və standartlara uyğun şəkildə həyata keçirilməlidir”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Çin bütün ssenarilərə hazır olduğunu bildirir
06 Mart 2025 10:12
Çin avtomobillərinin dilerləri müflisolma həddində, istehsalçılar qətiyyən narahat deyil
04 İyun 2025 16:18
Çin avtomobillərinin qiymətində UCUZLAŞMA VİDEO
18 Avqust 2025 12:43
0, 1, 2…
08 Aprel 2025 09:04
Çin avtomobillərinin mühərriklərində yaranan ciddi problemlər
07 May 2025 05:44
Baxış sayı:75
Bu xəbər 08 Dekabr 2025 14:06 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları