Icma.az
close
up
RU
COP29 sədrliyinin “İqlim və Sülh” gündəliyinin icrasına start verilib

COP29 sədrliyinin “İqlim və Sülh” gündəliyinin icrasına start verilib

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

26 fevral 2025-ci il tarixində Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyinin təşkilatçılığı və Birləşmiş Ərəb Əmirliklərinin ev sahibliyi ilə Münaqişələrdən və humanitar ehtiyacdan əziyyət çəkən iqlim dəyişmələrinə həssas ölkələr Şəbəkəsinin Strateji İclası keçirilib.

XİN-dən APA-ya verilən xəbərə görə, iclasda iqlim dəyişmələrinə həssas ölkələrin, beynəlxalq təşkilatların və maliyyə qurumlarının yüksək səviyyəli nümayəndələri iştirak edib. Tədbirin əsas məqsədi ötən il COP29-da Azərbaycan sədrliyinin təşəbbüsü ilə qəbul edilmiş Sülh, Yardım və Bərpa üçün İqlim Fəaliyyətinə dair Bakı Çağırışının həyata keçirilməsi üçün iqlim maliyyəsinin səfərbər edilməsi, dayanıqlılığın gücləndirilməsi sahəsində praktiki həllərin inkişaf etdirilməsidir.

İki gün davam edəcək strateji müzakirələrin açılış tədbirində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev çıxış edərək, ötən il COP29 sədrliyimizin təşəbbüsü ilə qəbul edilmiş Bakı Çağırışı, həmçinin praktiki icra mexanizmi kimi təsis edilmiş İqlim və Sülh Fəaliyyəti üzrə Bakı Mərkəzinin iqlim böhranı və münaqişələrdən əziyyət çəkən ölkələrə dəstəyin göstərilməsi üçün vacib əməli addımlar olduğunu qeyd edib. Həssas ölkələrə yardımın artırılması üçün beynəlxalq əməkdaşlığı təşviq etmək məqsədilə ölkəmizin COP29 sədrliyi çərçivəsində bir sıra həssas ölkələrdə pilot layihələrin həyata keçirilməsinə nail olmağı hədəflədiyi diqqətə çatdırılıb.

Stratei iclasın açılışında, həmçinin Birləşmiş Ərəb Əmirliyinin xarici işlər nazirinin müavini Abdulla Balaaa, Ənvər Qarqaş Diplomatik Akademiyasının Baş direktoru Nikolay Mladenov, İtaliya Hökumətinin iqlim dəyişikliyi məsələləri üzrə xüsusi elçisi Françesko Korvaro, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (UNFCCC) Elmi və Texnoloji Məşvərət üzrə Köməkçi Orqanının (SBSTA) sədri Adonia Ayebare çıxış edib. Natiqlər Azərbaycanın iqlim diplomatiyasının mərkəzində həssas ölkələrə yardımın artırılması kimi hədəfin durmasını təqdir edib, ölkəmizin ev sahibliyində fəaliyyət göstərəcək Bakı İqlim və Sülh Mərkəzinin sülh və iqlim sahəsinədə iri miqyaslı beynəlxalq təşəbbüslərin əlaqələndirici platforması rolunu oynamasını, ölkəmizin qazandığı etibarının bariz nümünəsi kimi qiymətləndirib.

Bu gün də davam edəcək iclasda Həssas ölkələr Şəbəkəsinin bəyanatının və onun fəaliyyəti üzrə Yol Xəritəsinin qəbul edilməsi nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://apa.az
archiveBu xəbər 27 Fevral 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri