Icma.az
close
up
RU
COP29 un nümayəndəsi Potensialın artırılması üzrə Paris Komitəsinin IX iclasında çıxış edib

COP29 un nümayəndəsi Potensialın artırılması üzrə Paris Komitəsinin IX iclasında çıxış edib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bonn, 24 iyun, AZƏRTAC

“COP29 iqlim böhranına qarşı kollektiv iradəmizin bariz nümunəsi oldu. Bakı şəhərində Paris Sazişinin bütün sütunları üzrə irəliləyişə nail olduq – uzun illərdir davam edən yüksək dürüstlüklü karbon bazarları üzrə çıxılmaz vəziyyətdən çıxış yolu tapıldı, yeni birgə iqlim maliyyələşdirmə məqsədi qəbul edildi və İtki və Zərərlərə dair Fondun fəaliyyəti təmin olundu. Bu nəticələr güclü çoxtərəfli əməkdaşlığın real nəticələr gətirə biləcəyini sübut etdi”.

AZƏRTAC xəbər verir ki, bu barədə Bonn İqlim Sammiti çərçivəsində Potensialın artırılması üzrə Paris Komitəsinin (PCCB) doqquzuncu iclasında COP29 Sədrliyinin nümayəndəsi, Xarici İşlər Nazirliyinin İqlim Diplomatiyası İdarəsinin rəis müavini Ülfət Maçanov çıxışında deyib.

“İqlim dəyişikliyi ilə mübarizədə inkişaf etməkdə olan ölkələrin imkanlarının artırılması, onların davamlı inkişaf yolunu seçməsi, istixana qazı emissiyalarını azaldılması və iqlim dəyişikliklərinin təsirlərinə qarşı dayanıqlılığını artırılması baxımından potensialların gücləndirilməsi olduqca vacibdir.

Paris üzrə İxtisasartırma Komitəsi bu sahədə mühüm rol oynayır. O,BMT İqlim Dəyişikliyi Çərçivə Konvensiyası və Paris Sazişi çərçivəsində həyata keçirilən çoxşaxəli ixtisasartırma səyləri arasında əlaqələndirməni gücləndirmək üçün əsas platformadır,” – deyə Ülfət Maçanov qeyd edilib.

Nümayəndə, həmçinin bildirib ki, Komitənin 2025–2029-cu illəri əhatə edəcək yeni Fəaliyyət Planının hazırlanması bu iclasın əsas gündəliyində yer alır. Sənədin, Bakı görüşündə müəyyən edilmiş prioritet istiqamətlər əsasında formalaşdırılması nəzərdə tutulur.

Tədbirdə iştirak edən PCCB üzvlərinə, Tərəflərin nümayəndələrinə, müşahidəçilərə, gənc nümayəndələrə və digər maraqlı tərəflərə çağırış edilib ki, öz təcrübələrini, baxışlarını və dərslərini bölüşsünlər. “Bu plan həm iddialı, həm də reallığa əsaslanan şəkildə tərtib olunmalıdır,” – deyə XİN nümayəndəsi vurğulayıb.

COP29 Sədrliyi adından bildirilib ki, bu müzakirələr nəticəsində inkişaf etməkdə olan ölkələrdə iqlim tədbirlərinə mane olan problemləri aradan qaldırmaq üçün praktik və tətbiq oluna biləcək həll yolları müəyyən edilməlidir. İxtisasartırma məsələsi texniki deyil, ədalətli və effektiv iqlim fəaliyyətinin əsasını təşkil edən bir məsələdir.

Sonda vurğulanıb ki, Azərbaycan Respublikasının COP29 Sədrliyi, Braziliya ilə COP30 prosesinə keçid çərçivəsində, iqlim tədbirlərinin həyata keçirilməsi üçün vacib olan vasitələrin – xüsusilə ixtisasartırmanın ön plana çəkilməsi istiqamətində əməkdaşlığa hazırdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 İyun 2025 23:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri