Icma.az
close
up
RU
“COP29 və mədəniyyət : iqlim dəyişikliyinin mədəni

“COP29 və mədəniyyət : iqlim dəyişikliyinin mədəni

Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AzVision.az xəbər verir ki, ADA Universitetində İnkişaf və Diplomatiya İnstitutunun ixtisasartırma proqramlarının rəhbəri Nərgiz İsmayılovanın moderatorluğu ilə gerçəkləşən konfransda çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov Azərbaycanın həm milli, həm də beynəlxalq səviyyədə ətraf mühit gündəliyinə sadiq olduğunu söyləyib. Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib:
"Bu addım COP29-u hamı üçün davamlı inkişaf və yaşıl gələcəyi inkişaf etdirən təsirli hadisəyə çevirmək əzmimizin göstəricisidir. Eyni zamanda, Azərbaycan Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı Prosesi” vasitəsilə beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsinə sadiqdir. Bu ilin may ayında Bakıda keçirilmiş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iqlim və mədəniyyət arasındakı əlaqəyə toxunuldu. Bu da iqlim dəyişikliyinin mədəni irsə təsiri haqqında məlumatlılığı artırdı. Hazırda bu təşəbbüs dünya miqyasında yayılır və daha çox ölkə onu dəstəkləməkdə maraqlıdır. Biz həmçinin inanırıq ki, mədəniyyət müsbət iqlim gündəmini formalaşdırmaq gücünə malikdir. Bu mənada, Azərbaycan COP29-da İqlim üçün Mədəniyyət (C4C) təşəbbüsünü irəli sürməkdən məmnunluq duyur. C4C ənənələrin, incəsənətin və irsin davamlı təcrübə və dəyərləri necə inkişaf etdirə biləcəyini vurğulayaraq mədəniyyəti müsbət iqlim fəaliyyəti üçün görkəmli qüvvəyə çevirməyə çalışır”.
Qeyd olunub ki, C4C təşəbbüsünə dəstək olaraq oktyabrın 8-də UNESCO-nın baş qərargahında Azərbaycanın COP29-da baş tutacaq mədəniyyət məzmunlu tədbirlərinə dair təqdimat keçirilib. Bu tədbir C4C-nin qlobal miqyasda iqlim-pozitiv mədəni fəaliyyətləri təşviq etmək üçün necə mərkəz nöqtəsi kimi xidmət edəcəyini nümayiş etdirdi.
Fərid Cəfərov çıxışında gəncləri iqlim təşəbbüslərində fəal rol almağa dəvət edib: "Sizin ideyalarınız, yaradıcılığınız və həvəsiniz çox önəmlidir. İncəsənət, elm və ya icma layihələri çərçivəsində ekoloji həllər axtarmağınızdan asılı olmayaraq, davamlı gələcəyə doğru bu səyahətdə səsiniz böyük əhəmiyyət kəsb edir. COP29 ərzində Azərbaycanın mədəniyyət müəssisələri, o cümlədən muzeylər, teatrlar və s. iqlimə əsaslanan gündəliyi birləşdirəcək. Biz birlikdə bütün mədəni mənzərəmizin daha yaşıl gələcəyə olan bağlılığımızı əks etdirməsini təmin edirik. İqlim böhranı qarşısında planetimizi qoruyan yeni dəyərləri ilhamlandırmaq üçün mədəniyyətin gücündən istifadə etmək imkanımız. Bu həm də bir məsuliyyətdir. Gəlin, mədəniyyətin müsbət iqlim gündəmini ruhlandırmaqda yol göstərdiyi bir gələcəyi qurmağa davam edək və hər birimiz bu transformativ səyahətin bir hissəsi olaq".
Daha sonra mövzu ilə bağlı videoçarx nümayiş etdirilib
Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev söyləyib ki, son illər iqlim dəyişmələrinin təsiri il bağlı planetimizdə təbii fəlakətlərin sayı xeyli artıb. Bu da insan sağlamlığı, ətraf canlı aləm, kənd təsərrüfatı, sənaye və digər sahələrlə yanaşı, mədəni və təbii irsə də öz mənfi təsirini göstərir: “Beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi ölkəmiz iqlim dəyişmələri ilə bağlı qlobal məsələlərin həllinə böyük önəm verir və bu istiqamətdə əməli işlər görür. Azərbaycan iqlim dəyişikliyinin təsirini yumşaltmaq üçün bərpa olunan enerji mənbələrindən istifadənin artırılması, daha səmərəli yaşıl texnologiyalarının inkişafı kimi bir sıra tədbirlər həyata keçirib.
Təkcə 2023-cü il ərzində ölkə ərazisində 4 milyona yaxın ağac əkilib, cari ildə 5 milyon ağacın əkilməsi hədəflənib”.
Bildirilib ki, "Azərbaycan – 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədinə əsasən, hazırda işğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun bərpası və smart (ağıllı) infrastrukturun formalaşdırılması istiqamətində mühüm işlər həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması, "ağıllı şəhər və ağıllı kənd" layihələri hazırlanaraq icra olunur.
Rauf Hacıyev vurğulayıb ki, bu il beynəlxalq ictimaiyyətin diqqəti həm də ölkəmizə, xüsusilə də ətraf mühitin qorunması və iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində fəaliyyətlərə yönəlib. Qlobal iqlim dəyişikliyi ilə bağlı müzakirələrin ən yüksək platforması olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyinin ölkəmizə həvalə edilməsi yüksək etimadın və inamın növbəti göstəricisi, beynəlxalq təşkilatlarla formalaşdırılmış uğurlu əməkdaşlığın nəticəsidir.
Diqqətə çatdırılıb ki, iqlim maliyyəsi COP29-un əsas mövzusudur. COP29 çərçivəsində qlobal iqlim gündəliyində olan iqlim maliyyəsi üzrə razılığa gəlinməsi, iqlim dəyişikliyi mövzusunda qlobal həmrəyliyin gücləndirilməsi barədə müxtəlif ölkələr, təşkilatlar, akademik dairələr, qeyri-hökumət təşkilatları ilə intensiv danışıqlar aparılır. COP29-un uğurlu nəticələnməsi istiqamətində mümkün həll yolları üzərində fəaliyyət həyata keçirilir.
Digər çıxış edənlər mədəni perspektivlərin iqlim fəaliyyətinə inteqrasiya edilməsi ilə bağlı strategiyalar haqqında öz fikirlərini bildiriblər.
Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.
AzVision.az
Qalereya
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://azvision.az
archiveBu xəbər 04 Noyabr 2024 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri