Icma.az
close
up
RU

COP29da Ermənistanın dağmədən fəaliyyətinin ekoloji fəsadlarına dair yan tədbir keçirilib

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

COP29 çərçivəsində Ermənistanın dağ-mədən fəaliyyətinin ekoloji fəsadlarına dair yan tədbir keçirilib.


APA xəbər veriri ki, "Environmental Protection First" (EPF) Koalisiyası COP29 çərçivəsində “Ermənistanın dağ-mədən fəaliyyətinin Cənubi Qafqazda ətraf mühitə ekoloji təsirləri” mövzusunda yan tədbir keçirib.


Koalisiyanın həmtəsisçisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov bildirib ki, Ermənistan hakimiyyəti dağ-mədən fəaliyyətinin ekoloji fəsadları mövzusunda hələ də susur:

“Yerli və xarici QHT-lərin müraciətlərinə cavab vermir və Ermənistan beynəlxalq ekoloji norma və standartlara məhəl qoymayaraq, dağ-mədən fəaliyyətini davam etdirir, müəssisələrdə Azərbaycan və beynəlxalq təşkilatların ekoloji monitorinqlər aparılmasına şərait yaratmır”.


Koalisiya üzvləri bir daha Ermənistanın dağ-mədən sənayesində işləyən şirkətləri Ətraf Mühitin Qiymətləndirilməsi Sənədlərini ictimailəşdirməyə çağırıb və xüsusi vurğulanıb ki, bu sənədlərin ictimaiyyətdən gizlədilməsi görünməmiş hadisədir.

Koalisiyaya daxil olan “Azərbaycan Kartoqrafları” İctimai Birliyi 3 dildə - azərbaycan, ingilis və erməni dillərində hazırlanmış “Ermənistanın mineral xammal resursları” adlı xəritə üzərində mövzunu auditoriyaya izah edib. Xəritədə Ermənistanın dağ-mədən sənayesi fəaliyyətinin mənfi ekoloji təsirlərini ifşa etmək üçün mühüm məlumatlar əks olunub.

“Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov qeyd edib ki, xəritədən aydın görünür ki, Ermənistan ətraf mühitə ən çox zərər vuran dağ-mədən sənayesi müəssisələrini bilərəkdən əsasən Qərbi Zəngəzur bölgəsinə - Azərbaycan Respublikası ilə həmsərhəd, transsərhəd çaylara yaxın ərazilərə cəmləşdirib.

Tədbirdə Ermənistandan ətraf mühitə ziyan vuran fəaliyyəti dərhal dayandırmaq, beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərini yerinə yetirmək tələb olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://apa.az
archiveBu xəbər 13 Noyabr 2024 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see185

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see179

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see142

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see136

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see134

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see133

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see132

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see129

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see129

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see128

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see126

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

19 Oktyabr 2025 07:08see123

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see122

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see121

Sofiya Universitetində “Azərbaycan suveren dövlətçilik yolunda” sərgisinin açılışı

19 Oktyabr 2025 06:45see121

Sabah yağış yağacaq

19 Oktyabr 2025 13:05see120

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see119

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri