Icma.az
close
up
RU
COP29da iştirak etməməyə İsraili bəhanə edən İran, ölkədəki ictimai narazılığın istiqamətini dəyişir

COP29da iştirak etməməyə İsraili bəhanə edən İran, ölkədəki ictimai narazılığın istiqamətini dəyişir

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

"İran prezidenti Məsud Pezeşkianın COP29-da iştirakı gözlənilirdi, lakin İsrailin sammitdə iştirakı və İsraillə ev sahibi ölkə Azərbaycan arasında sıx diplomatik əlaqələrə görə, onun planları ləğv edilib". Bunu İran mətbuatı belə yazırdı. İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Fədahüseyn Maliki də açıqlamalarında bildirib ki, İran prezidenti Məsud Pezeşkian COP29-da şəxsən iştirak etməli idi, lakin "sionist rejimin" rəsmisinin iştirakı səbəbindən sammitə gəlmədi.

Xatırladaq ki, İsrail Prezidentinin Ofisi İshaq Hersokun Azərbaycana “COP29 tədbirlərinin ikinci həftəsində gedəcəyi haqda rəsmi açıqlama yaymışdı. Yəni İsrail nümayəndələrinin Liderlər Sammitində iştirak etməyəcəyi əvvəlcədən bəlli idi. Məsud Pezeşkianın isə Liderlər Sammitində iştirak edəcəyi rəsmən təsdiqlənmişdi. Bilindiyi kimi İsrail prezidenti İsaak Hersok da, Türkiyənin hava məkanından istifadəyə icazə vermədiyi üçün, təhlükəsizlik məsələlərini irəli sürərək COP-29- da iştirak etmədi.

Bəs əslində Məsud Pezeşkian COP29-da niyə iştirak etmədi?

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına bildirib ki, İran rəsmiləri Məsud Pezeşkianın COP29 sammitinə qatılmamasını İsrail nümayəndələrinin iştirakına bağlamağa çalışsalar da, bu iddia reallığı əks etdirmir: “İsrail nümayəndələrinin Liderlər Sammitində iştirak etməyəcəyi əvvəlcədən bildirmişdilər. Ancaq rejimin radikal qüvvələri güclü Azərbaycanın bölgə və qlobal proseslərə ev sahibliyi edə biləcəyini qəbul edə bilmirlər. Ona görə də, Məsud Pezeşkianın sammitə gəlməsini radikal hərbi-ideoloji qüvvə olan “SEPAH” istəmədi. Bu da İran rejiminin diplomatik zəifliyi və daxili siyasi ziddiyyətlərini ortaya qoyur. Və bir daha göstərir ki, bu rejimin xarici siyasətini birbaşa Əli Xameneiyə bağlı “SEPAH” həyata keçirir”.

Sadiq İsabəyli

Siyasi şərhçi qeyd edib ki, burada İsrail amili sadəcə bəhanədir.

“İsrail amili... İran, xüsusən də daxili auditoriyaya “antisionist” mövqeyini gücləndirmək üçün İsraili bəhanə edir və ölkədəki ictimai narazılığı başqa istiqamətə yönəltmək istəyir”-deyə Sadiq İsabəyli bildirib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Noyabr 2024 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri