Icma.az
close
up
RU
COP29da Xəzər dənizi və ətraf mühitin mühafizəsi mövzusunda tədbir keçirilib

COP29da Xəzər dənizi və ətraf mühitin mühafizəsi mövzusunda tədbir keçirilib

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Bakıda keçirilən COP29 tədbiri çərçivəsində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə "Xəzər dənizi və Davamlı İnkişaf: Ətraf Mühitin Mühafizəsi" mövzusunda tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə Xəzəryanı ölkələrin vətəndaş cəmiyyəti nümayəndələri, ekoloji mütəxəssislər və beynəlxalq ekspertlər iştirak ediblər. Konfransda Xəzər dənizinin ekoloji vəziyyəti, mövcud təhlükələr, perspektivlər və onların həlli yolları ətrafında geniş müzakirələr aparılıb.

Tədbirin açılışında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva və iqlim dəyişiklikləri üzrə COP29-un yüksək səviyyəli çempionu Nigar Arpadarai çıxış edərək, Xəzər dənizinin qorunmasının regional və qlobal əhəmiyyətini vurğulayıblar.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Xəzər dənizinin gələcəyinin insanların birliyindən asılı olduğunu bildirib: "Xəzər dənizinin gələcəyi bizim birliyimizdən, cəsarətimizdən və bu gün daha yaxşı sabah üçün fürsət yaratmaq istəyimizdən asılıdır".

İqlim dəyişiklikləri üzrə COP29-un yüksək səviyyəli çempionu Nigar Arpadarai Xəzər dənizinin çoxtərəfli əhəmiyyətindən danışıb.

"İqlim dəyişikliyinin təsirini və Xəzər dənizinin bu xüsusda həssaslığını hər gün öz gözlərimizlə görürük. Xəzər dənizi unikaldır. Dünyanın ən böyük daxili su hövzəsidir, Azərbaycan və region üçün vacib bir sərvətdir. Bir tərəfdən, Xəzər dənizi nəqliyyat mərkəzidir. O, bir çox beynəlxalq nəqliyyat marşrutlarının bir hissəsidir və ticarətin asanlaşdırılmasına və bölgə ölkələrində iqtisadi artımın sürətləndirilməsinə kömək edən mühüm metaloji potensiala malikdir. Digər tərəfdən, Xəzər dənizi sahilyanı dəniz olduğu üçün çox həssasdır. Onun ekoloji balansı və bir çox ekosistemləri dağıdılmışdır", - o bildirib.

Mərkəzi Asiya üzrə Regional Ətraf Mühit Mərkəzinin İqlim Dəyişikliyi Mütəxəssisi Vladimir Qrebnev əsas prioritetin əməkdaşlıq olduğunu vurğulayıb: "İqlim dəyişikliyi real problemdir. Bu problem təbii ki Xəzər dənizindən də yan keçmir. Əsas məsələ birgə səylər və əməkdaşlıqdır. Yalnız bununla biz Xəzər dənizinin ekosistemini qoruya bilərik".

Panel müzakirələrdə Xəzəryanı ölkələrin nümayəndələri ekosistemin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər. Tədbirdə çıxış edənlər arasında Azərbaycan Milli Məclisinin üzvü Azər Allahverənov, Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin Vətəndaş Cəmiyyəti Məsələləri Komitəsinin sədri Gülbara Sultanova, Nobel Sülh Mükafatı laureatı Aleksey Kokorin və digər tanınmış mütəxəssislər yer alıb.

Tədbir panel müzakirələrlə davam edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 19 Noyabr 2024 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri