Icma.az
close
up
RU
COP29un hindistanlı iştirakçısı: Dünya səkkiz milyard insan üçün ədalətli şəkildə yaşanacaq bir yer olmalıdır AZƏRTAC

COP29un hindistanlı iştirakçısı: Dünya səkkiz milyard insan üçün ədalətli şəkildə yaşanacaq bir yer olmalıdır AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 21 noyabr, AZƏRTAC

COP29 konfransının təşkilatçılığı və ümumi mühit barədə fikirlərim müsbətdir. Tədbirdə iştirak edən gənclərin fəallığı və yardımsevərliliyi məni heyrətləndirir. Səhər tezdən, günorta və ya axşam, ümumiyyətlə, fərqli saatlarda belə gülər üzlə istiqamət verən və kömək edən gəncləri görmək möhtəşəm hissdir. Tədbirdə təşkilatçılıq çox mükəmməldir. Şəhərdəki yeməklər çox ləzzətlidir və Hindistan mətbəxinə yaxınlığı ilə diqqət çəkir. Nəqliyyat vasitələri də çox rahatdır, baxmayaraq ki, bəzi tarixi səbəblərə görə küçə adlarının yazılışı bizdəkindən fərqlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında COP29 çərçivəsində ölkəmizə gələn Qlobal İqlim Fəaliyyətinin hindistanlı nümayəndəsi Sheela Bharat Patel söyləyib.

Konfrans iştirakçısı əlavə edib ki, tədbirin təşkili və logistika baxımından hər şey yüksək səviyyədədir. “Qlobal problemlərin həllində hələ çox iş görülməlidir. Bu, mənim COP konfranslarına beçinci iiştirakımdır və gözləntilərim əsasən maliyyə ilə bağlıdır. İqlim maliyyələşdirilməsi çətin, xüsusən də Qlobal Cənub ölkələri üçün aktualdır. Məlumdur ki, bu problemlər tez zamanda həll olunmayacaq. Amma biz davam etməliyik. Qlobal Şimal ölkələri tarixən Qlobal Cənubdan sərvət daşıyaraq özlərini inkişaf etdirib. Bunun nəticəsində kiçik ölkələr, xüsusən Hindistandan kiçik olanlar, böyük borc problemləri ilə üzləşib”.

O, iqlim dəyişikliyi ilə mübarizədə ədalətin daha ön planda olmasının vacibliyini qeyd edib. S.B.Patel vurğulayıb ki, konfranslardan sonra iştirakçılar bəzən ümidsiz ayrılsa da, mübarizə əzmi itməməlidir. “Biz dünyanın bərpası üçün çalışmalıyıq. Sadəcə, zənginlərin problemlərdən qaçmaq üçün kosmosa getməsi həll yolu deyil. Dünya səkkiz milyard insan üçün ədalətli şəkildə yaşanacaq bir yer olmalıdır”, - deyə o əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2024 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri