Icma.az
close
up
RU
COP29un qlobal əhəmiyyəti və Qərbin ikili standartları

COP29un qlobal əhəmiyyəti və Qərbin ikili standartları

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

"İqlim dəyişmələri üzrə BMT-nin Çərçivə Konvensiyasının" iştirakçı-dövlətləri konfransının - COP29-un Azərbaycanda keçirilməsi qlobal miqyasda dünya birliyini narahat edən problemlərin qeniş miqyasda müzakirəsi üçün ən əlverişli və səmərəli platforma olmasına baxmayaraq, bəzi Qərb dövlətləri və ayrı-ayrı beynəlxalq təşkilatlar müxtəlif bəhanələrlə bu tədbirin keçirilməsini əngəlləməyə calışırdılar. Bu sıraya xüsusi "fəallığı" ilə fərqlənən Avropa İttifaqının Parlamenti də daxil idi.

24 oktyabr tarixində 22 bənddən ibarət qətnamə qəbul edən bu qurum COP29-a bir neçə neqativ müddəa həsr etmişdir. Hər bir deputatının illik saxlanılması vergi odəyicilərinə 2 million avrodan çox bir rəqəmi təşkil edən və 446 milyon avropalını təmsil edən qanunverici qurum tərəfindən həqiqətə uyğun olmayan müddəaların öz qətnaməsinə daxil edilməsi təəssüf və təəcüb doğurur. Aydındır ki, belə addımların arxasında COP29-un Azərbaycanda keçirilməsinə mane olmaq və boykot kampaniyasının həyata keçirilməsi niyyəti dururdu. Ancaq 96 ölkədən olan 72 min iştirakçının qeydə alınaraq, ölkəmizə gəlməsi, 80 dövlətdən Prezidentlər, Vitse-prezidentlər və Baş nazirlərin COP29-da təmsilçiliyi nümayiş etdirdi ki, Bakıda keçirilən tədbir beynəlxalq miqyasda ən mühüm beynəlmiləl hadisədir.

Otuz ilə yaxın bir müddətdən sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi, böyük sülh müqaviləsinin imzalanması üçün danışıqların vasitəçisiz aparılması, Cənubi Qafqaz regionunda beynəlxalq sülhün və təhlükəsizlik rejiminn möhkəmlənməsi  və ölkəmizin COP29-a ev sahibliy etməsinə 200 dövlətin yekdil qərar verməsi fonunda biz yenə də Qərb dairələrindən selektiv yanaşmaları müşahidə etdik. 

Məsələnin qörünən tərəfi ondan ibarətdir ki, Azərbaycanın müstəqil xarici və daxili siyasət aparması, beynəlxalq hüquqa əsasən dövlət suverenliyinin təntənəsinin öz imkanları hesabına təmin etməsi, xarici müdaxilələrə yol verməməsi və hibrid təhdidlərdən güvənli şəkildə qorunması ayrı-ayrı dövlətlərin maraqlarına uyğun gəlmir. Azərbaycan müasir şəraitdə yeni neo-kolonial vasitələrə və üsullara əsaslanan yanaşmalarla ardıcıl mübarizə aparır və qlobal miqyasda bütün beynəlxalq platformalarda hüququn aliliyinin təmin olunması üçün zəruri səylər göstərir. Bunun təsdiqini həmçinin Azərbaycan tərəfindən kiçik ada dövlətlərinə ən ciddi dəstəyin göstərilməsi nümayiş etdirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitindəki çıxışında qeyd etmişdir ki, "həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir". Xatırlatmaq lazımdır ki, 10-dan  çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramlarından  yararlanıb, Azərbaycanın Qoşulmama Hərəkatında dördillik sədrli dövründə 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərilib. Digər mühüm məsələ, kolonial əsarətdən əziyyət çəkən və öz müqəddəratını təyin etmə hüququndan istifadə edə bilməyən xalqlara dəstək göstərilməsidir. Dekolonizasiyanın müasir diskursu artıq XX-ci əsrin birinci yarısında formalaşmağa başlayaraq və 80 keçmiş koloniaların müstəqqilik əldə etməsi ilə nəticələnməsinə baxmayarq, hələ də dünyanın 17 ərazisində yaşayan xalqlar üçün bu proses məntiqi hüquqi sonluğuna catmayıb. 2020-ci il 10 dekabr tarixində BMT xüsusi qətnamə qəbul edərək, 2021-2030-cu illəri Kolonizasiyanın ləğv edililməsinin dördüncü onilliyi elan etmişdir və beynəlxalq birlik kolonial əsarətə son qoyulması üçün bütün lazımi səyləri göstərməlidir.  

Nizami Səfərov
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 15 Noyabr 2024 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see359

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see316

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see310

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see300

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see250

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see246

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see244

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see242

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see235

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see218

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see197

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see188

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see186

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see184

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see181

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see179

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see177

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see174

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see170

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri