Icma.az
close
up
RU
“COP30 əsas hədəflərindən bir çoxunu icra edə bilmədi” “Bu tədbir qlobal iqlim siyasətində geri addım oldu”

“COP30 əsas hədəflərindən bir çoxunu icra edə bilmədi” “Bu tədbir qlobal iqlim siyasətində geri addım oldu”

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “AzPolitika”-ya müsahibəsində Brazilyada düzənlənən COP-30 beynəlxalq iqlim konfransı ilə bağlı fikirlərini bölüşüb və nəticələri ötən il Bakıda keçirilən COP-29-da əldə olunmuş uğurlu nəticələrlə müqayisə edib.

Millət vəkili həm iki konfrans arasında fundamental fərqləri, həm də qlobal proseslərdə Azərbaycanın rolunu izah edib.

Müsahibəni təqdim edirik:

– Sadiq müəllim, COP30 nə vaxt və harada keçirildi və bu konfransın əsas məqsədi nə idi?

- COP30, 10–21 noyabr tarixlərində Braziliyanın Amazoniyanın paytaxtı hesab edilən Belém şəhərində keçirildi. Bu sessiya həm UNFCCC-nin Tərəflər Konfransının 30-cu sessiyasını, həm də Kioto Protokolu və Paris Sazişi üzrə Tərəflərin Toplantılarını özündə birləşdirirdi. COP30-un xüsusi önəmi ondan ibarət idi ki, o, Paris Sazişinin qəbul edilməsinin 10 illiyi ilə üst-üstə düşürdü.

Konfransın əvvəlcədən elan edilmiş əsas missiyası isə əvvəlki COP-larda qəbul edilmiş qərarların icra mexanizmlərini işləyib hazırlamaq, proseslərin daha ədalətli və real təsirli şəkildə həyata keçirilməsi üçün “ədalət COP-u” kimi tarixə düşmək idi. Yəni əsas vurğu yeni öhdəliklərin deyil, mövcud qərarların konkret mexanizmlərinin müəyyən edilməsinə qoyulmalı idi.

COP30-un əsas prioritetləri qalıq yanacaqlardan (fossil fuels) qlobal səviyyədə mərhələli şəkildə imtina, ədalətli keçidin təmin edilməsi, adaptasiya fəaliyyətlərinin ölçülməsi və izlənməsi üçün mexanizmlərin hazırlanması, adaptasiya maliyyəsinin artırılması üzrə öhdəlik, meşələrin qırılmasının qarşısının alınması, iqlim maliyyəsi üzrə hesabatlılığın artırılmasından ibarət idi.

- COP30 zamanı hansı böyük çətinliklər müşahidə olundu? Niyə bu konfrans uğursuz formatda qiymətləndirilir?

- COP30-un ən ciddi problemləri həm təşkilati, həm təhlükəsizlik, həm də diplomatik müstəvidə yaşandı. Az əvvəlki COP-lardan fərqli olaraq, Belém konfransı həm təşkilati nöqsanlarla, həm də təhlükəsizlik riskləri ilə yadda qaldı. Bu da danışıqlar prosesində gərginliyi artırdı.

Ən böyük ziddiyyət isə COP30-un əsas məqsədlərindən biri olan qalıq yanacaqlardan qlobal səviyyədə imtina məsələsinin yekun sənədə daxil edilməməsi ilə bağlı oldu. Bu məsələ üzərində iki qütb arasında ciddi qarşıdurma yaşandı.

Daxil edilməsini dəstəkləyən ölkələr təxminən 90 dövlət, o cümlədən, Avropa İttifaqı ölkələri, Çili, Kolumbiya, Kosta Rika, Meksika, Qvatemala, Honduras və s. idi.

Kəskin şəkildə ona qarşı çıxanlardan isə Səudiyyə Ərəbistanı, Rusiya, Hindistan, Misir, İran və digər böyük neft-qaz istehsalçılarının adını çəkmək olar.

Bu qarşıdurma nəticəsində COP30-un ən mühüm məqsədi olan qalıq yanacaqlardan imtina çağırışı sənəddən tamamilə çıxarıldı. COP30 Prezidenti André Corrêa do Lago kompromis olaraq 90 dövlətə söz verdi ki, məsələ növbəti il ərzində iki yol xəritəsi əsasında müzakirələrdə yenidən işlənəcək. Amma bu prosesin BMT çərçivəsində aparılması da ümumi dəstək qazanmadı.

Nəticədə qəbul edilən sənəd “Qlobal Səylər: İqlim dəyişmələri əleyhinə qlobal səfərbərlik naminə bəşəriyyətin birliyi” adlı 59 maddəlik qərarda “fossil fuel phase-out” ifadəsi ümumiyyətlə yoxdur. Bu, COP28-lə müqayisədə ciddi geriləmədir, çünki Dubayda ilk dəfə qalıq yanacaqlardan uzaqlaşma öhdəliyi qəbul edilmişdi.

- Qeyd etdiniz ki, COP28-də qalıq yanacaqlardan uzaqlaşma barədə mühüm irəliləyiş olmuşdu. COP30 bu sahədə COP28-dən niyə geri qaldı?

- Bəli, 2023-cü ildə Dubayda keçirilmiş COP28 iqlim diplomatiyasında dönüş nöqtəsi sayılırdı. İlk dəfə olaraq bütün dünya ölkələri “fossil fuels”-dan uzaqlaşma öhdəliyini qəbul etmişdi. Doğrudur, bu qərarda nə konkret zaman cədvəli, nə də icra aləti vardı, amma bu, tarixi addım kimi qiymətləndirilmişdi.

Hətta həmin dövrdə böyük neft-qaz istehsalçılarının lobbiçiliyinə baxmayaraq, razılaşma mətninə “mərhələli şəkildə imtina” ifadəsi daxil edilmişdi. Amma COP30-da bu ifadə belə yox idi. Beləliklə, COP28 ən azından “uzaqlaşma” (“transition away”) ifadəsi ilə mühüm siyasi siqnal verdi. COP30 isə qalıq yanacağın adı belə çəkilməyən qərarla irəliləyişə zidd addım atdı. Bu baxımdan COP30 qlobal iqlim siyasətində geri addım kimi qiymətləndirilir.

- Ötən ilə Bakıda keçirilmiş COP29 ilə müqayisədə COP30-un əsas fərqi nədən ibarətdir? COP29 hansı nəticələrə görə daha uğurlu sayılır?

- Əsas fərq ondan ibarətdir ki, COP29 ən çətin məsələdə – iqlim maliyyəsi üzrə yeni qlobal hədəfin (NCQG) qəbulunda tarixi uğur əldə etdi, COP30 isə əsas hədəflərindən bir çoxunu icra edə bilmədi. COP29-un əsas nailiyyətləri bunlardır: Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) qəbul edildi, bu, iqlim diplomatiyasının ən çətin komponentidir. Bu qərara görə iqlim fəaliyyətləri üçün inkişaf etməkdə olan ölkələrə illik dəstək 2035-ci ilədək ən azı 300 milyard dollar səviyyəsinə qaldırıldı. Yəni əvvəlki illərdə çətinliklə yerinə yetirilən “illik 100 milyard” hədəfi ən azı 3 dəfə artırıldı. Bundan başqa 2035-ci ilədək iqlim maliyyəsinin 1,3 trilyon dollara çatdırılması məqsədi rəsmilədirildi. Bu tarixi nəticə COP29 prezidenti tərəfindən bütün ölkələrin uğurla səfərbər edilməsi ilə mümkün oldu.

Qeyd edim ki, COP29-un qərarları COP30-da belə xüsusi vurğulanıb. Beə ki, COP30-un yekun sənədinin 53-cü, 48-ci və 15-ci maddələrində Bakıda qəbul edilmiş NCQG qərarının əhəmiyyəti, “1.3T üçün Bakıdan Belémə Yol Xəritəsi” ifadəsi və Bakı İqlim Birliyi Paktına görə xüsusi təşəkkür rəsmi şəkildə qeyd olunur.

Onu da bildirim ki, İtki və Zərər Fondu (Loss and Damage Fund) COP29-da institusionallaşdırıldı. Bu fond COP27-də yaradılmışdı, amma illərlə kağız üzərində qalmışdı. COP29-da Fondun idarəetmə mexanizmi müəyyənləşdi, 770,6 milyon dollar öhdəlik təsdiqləndi və mexanizm işə düşdü. Amma COP30-da bu öhdəliyin cəmi 397 milyon dollar hissəsinin ödənilməsi məyusluq yaratdı.

Paralel olaraq Paris Sazişinin 6-cı maddəsi üzrə karbon bazarları COP29-da irəliləyiş, COP30-da dalana dirənmə müşahidə olundu. COP29-da maddə 6.2 və 6.4 üzrə qaydalar hazırlanmışdı, dövlətlərarası karbon ticarətini tənzimləyən tarixi mexanizmlər qəbul olunmuşdu. COP30-da isə maddə 6.2 üzrə yalnız texniki qeydlərin aydınlaşdırılması mümkün oldu, maddə 6.4 üzrə ciddi qarşıdurmalar yaşandı və nəticə əldə edilmədi.

Onu da vurğulayım ki, mitiqasiya İş Proqramı (MWP) COP29-da irəliləyiş, COP30-da bloklanma ilə yadda qaldı. COP30-da bu proqram üzrə rəqəmsal platforma belə razılaşdırılmadı.

- COP30-da adaptasiya məsələsi necə həll olundu? Burada COP29-un təsiri oldumu?

- Bəli, adaptasiya maliyyəsi üzrə COP30-da əldə edilən nəticələr birbaşa COP29-un qərarlarına əsaslanıb. COP30-un yekun sənədində 2035-ci ilədək adaptasiya maliyyəsinin ən azı 3 dəfə artırılması, yəni 120 milyard dollar səviyyəsinə çatdırılması zəruri elan edildi. Bu öhdəlik COP29-da qəbul edilmiş NCQG qərarına əsaslanır. Həmçinin COP30-un 48-ci maddəsində COP29-un adaptasiya sahəsində yaratdığı Yol Xəritəsinin rolu xüsusi qeyd olunub. Amma digər tərəfdən GGA (Adaptasiya üzrə Qlobal Məqsəd) üzrə müzakirə olunan təxminən 10 min göstəricidən yalnız 100-ü saxlanıldı ki, bu da adaptasiya fəaliyyətlərinin ölçüləbilənliyi baxımından məyusedici sayılır.

- Gender məsələləri ilə bağlı COP30-da nə baş verdi?

- Bu da COP30-un uğursuzluğa düçar olan sahələrindən biri oldu. Belə ki, Bakı COP-da yenilənmiş Gender üzrə Lima İş Proqramına uyğun olaraq yeni “Gender Fəaliyyət Planı” qəbul edilməli idi. Lakin “gender” anlayışının tərifi ətrafında böyük mübahisə yarandı. Vatikan nümayəndəsi yalnız kişi və qadını bioloji cins kimi qəbul etdiyini bildirdi. Bir sıra Avropa ölkələri bu anlayışın daha geniş olmalı olduğunu müdafiə etdi. Nəticədə konsensus əldə edilmədi və qərar qəbul olunmadı

- Ümumilikdə COP30-un nəticəsini necə xarakterizə edərdiniz?

- COP30 həm təşkilati, həm siyasi, həm də diplomatik nöqteyi-nəzərdən çətin keçdi və öz əsas məqsədlərinə tam nail ola bilmədi. Əsas strateji hədəf – qalıq yanacaqlardan imtina qərar mətnində yoxdur. Karbon bazarları ilə bağlı nəticə yoxdur. Gender məsələsi üzrə nəticə yoxdur. Mitiqasiya üzrə nəticə yoxdur. Əksinə, COP29-un nailiyyətləri həm COP30-da geniş şəkildə qeydə alınır, həm də COP30-un öz proseslərini xilas edən əsas dayaq nöqtəsi rolunu oynayır. Beləliklə, COP29 tarixi maliyyə qərarları ilə, COP30 isə tıxaclar, uyğunsuzluqlar və qeyri-sabitliklə yadda qaldı.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Noyabr 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see764

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see143

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see140

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see137

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri