Icma.az
close
up
RU
“Çörək verdiyi adamı bu günə qoymazlar…” Lütvəli Babayev məhkəmədə ifadə verdi

“Çörək verdiyi adamı bu günə qoymazlar…” Lütvəli Babayev məhkəmədə ifadə verdi

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

14 il icra başçısı işləmiş Lütvəli Babayev oğlunun zərərçəkmiş kimi tanındığı iş üzrə məhkəmədə ifadə verib.

Gununsesi.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, keçmiş məmur cinayət işində əsas şahidlərdən biridir.

Cinayət hadisəsi ilə bağlı “Uniklinika”nın baş həkimi Aruz Əliyev və onun dostu Ehtiram Kərimov ittiham olunur. Onların hər ikisi həbsdədir. İstintaq materiallarında qeyd edilir ki, Aruz və Ehtiram tanışları Babəli Babazadəyə məxsus 2 milyon manat dəyərində əmlakı sataraq əldə edilən vəsaiti mənimsəyiblər. Onlar əvvəlcə külli miqdarda vergi borcu olan Babəlini Türkiyəyə göndərib etibarnamə alaraq evini və digər əmlakını satıblar. Təqsirləndirilən şəxslər isə bu ittihamı qəbul etmir, əksinə Babəlinin tüfeyli həyat sürdüyünü və ona vəziyyətdən çıxmaqda kömək etdiklərini bildirirlər.

Lütvəli Babayev bu işdə şahid olsa da, məhkəmədə daha çox zərərçəkmiş kimi danışıb. Onun sözlərinə görə, təqsirləndirilən şəxslər oğlunun etibarından istifadə ediblər. Xüsusilə də Aruz Babəlinin aldadılmasında əsas rol oynayıb. Onun cinayətə aid səs yazısını şəxsən özü yazaraq istintaqa təqdim edib: “Aruz mənim oğlumun həkimi olub, oradan münasibətləri yaranıb. Hətta Babəli onu xəstəxanaya işə düzəldib. Çörək verdiyi adamı bu günə qoymazlar axı… Oğlumun güvənindən sui-istifadə edib. Babəlini Türkiyəyə göndərəndən sonra əmlakını ələ keçiriblər. Sual verirəm, Aruz, mənim oğlumu Türkiyəyə niyə göndərirdin, hansı məqsədlə? Aruzun səs yazısını şəxsən mən yazıb istintaqa vermişəm. Həmin kaset məhkəmədə də var. Oğlumu aldadıb əmlakını ələ keçiriblər. Mən Aruzla düşmənlik etmirəm, sadəcə tələb edirəm ki, əmlakı qaytarsınlar”.

Lütvəli Babayev oğluna nəzarət etməməsi ilə bağlı deyilən sözlərə isə “Yazırlar ki, oğlum uşaqdır, mənim də ondan xəbərim olmayıb. 100 il əvvəl Böyük Britaniyanın Baş nazirinin 25 yaşı var idi. Nə olsun ki? Babəli də böyük oğlandır”, – deyə cavab verib.

L.Babayev bu işin ədalətli araşdırılması üçün məhkəməyə and verib: “Düzdür, din dövlətdən ayrıdır. Amma yenə də Qurani-Kərimin xətrinə ədalətli qərar çıxarmanızı xahiş edirəm”.

Müdafiə tərəfinin vəkili İlqar Rüstəmov isə Lütvəli Babayevin ifadəsinə etiraz edib. Vəkil Babayevin şahid kimi deyil, zərərçəkmiş kimi davrandığını deyib: “Bu adam iş üçün əhəmiyyətli heç nə demir. 20 dəqiqəlik ifadəsində şahid kimi əhəmiyyət kəsb edən bir dənə də söz demədi. Britaniyanın Baş nazirindən girdi, qohumunun Türkmənistana ərə getməsinə qədər danışdı. Yarım saatdır biz buna qulaq asırıq. Bu, zərərçəkmiş yox, şahiddir. Ümumiyyətlə, bu şəxsin dindirilməsinə qarşı etiraz verəcəyik”.

Hakim Mahirə Kərimova vəkilin etirazını nəzərə alaraq prosesin təxirə salınmasına qərar verib. Proses gələn dəfə Lütvəli Babayevin sorğu-sual edilməsi ilə davam edəcək.

Qeyd edək ki, Lütvəli Babayev 2005–2007-ci illərdə Mingəçevirin, 2007–2019-cu illərdə isə Zərdabın icra başçısı olub. Oğlu Babəli Babayev isə iş adamıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 26 Sentyabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025 ci ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

24 Sentyabr 2025 18:39see226

Zelenski BMT də danışır: Dostlar və silahlardan başqa təhlükəsizlik zəmanəti yoxdur

24 Sentyabr 2025 17:46see191

Zelenskidən dünyaya vacib MESAJ

24 Sentyabr 2025 18:08see176

Xərçəng xəstəliyinin bu növünü yox etməyin çarəsi TAPILDI

24 Sentyabr 2025 17:43see170

Bakı təhlükəsizlik məkanına çevrilir: “Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir”

24 Sentyabr 2025 23:49see167

Pul gözlənilmədən gələcək: Sentyabrın sonuna qədər varlana biləcək BÜRCLƏR

25 Sentyabr 2025 00:05see150

Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı SİYAHI

24 Sentyabr 2025 19:02see146

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

25 Sentyabr 2025 11:53see136

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

25 Sentyabr 2025 05:12see134

Avropa Liqası: Fənərbaxça məğlub oldu günün nəticələri

25 Sentyabr 2025 01:02see133

Torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ: Hərrac keçiriləcək

24 Sentyabr 2025 20:24see129

Qarabağ ın rəqibinin Çempionlar Liqası heyətində dəyişiklik ediləcək

24 Sentyabr 2025 21:50see128

Putinlə Mişustinin maaşı artdı

24 Sentyabr 2025 21:33see124

Zelenski BMT Baş Assambleyasında çıxışını yekunlaşdırıb

24 Sentyabr 2025 18:36see123

Yollar yenə tıxaclıdır Siyahı

25 Sentyabr 2025 09:03see123

Yol vergisi alınacaq AÇIQLAMA

25 Sentyabr 2025 12:00see121

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

25 Sentyabr 2025 21:38see121

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? AÇIQLAMA

25 Sentyabr 2025 04:05see120

Ərdoğan Makronla görüşdü

24 Sentyabr 2025 22:00see120

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

26 Sentyabr 2025 14:49see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri