Icma.az
close
up
RU
Lütvəli Babayev ifadə verdi “Onun səsini şəxsən mən yazmışdım”

Lütvəli Babayev ifadə verdi “Onun səsini şəxsən mən yazmışdım”

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

14 il icra başçısı işləmiş Lütvəli Babayev oğlunun zərərçəkmiş kimi tanındığı iş üzrə məhkəmədə ifadə verib.

“Qafqazinfo”nun məlumatına görə, keçmiş məmur cinayət işində əsas şahidlərdən biridir.

Cinayət hadisəsi ilə bağlı “Uniklinika”nın baş həkimi Aruz Əliyev və onun dostu Ehtiram Kərimov ittiham olunur. Onların hər ikisi həbsdədir. İstintaq materiallarında qeyd edilir ki, Aruz və Ehtiram tanışları Babəli Babazadəyə məxsus 2 milyon manat dəyərində əmlakı sataraq əldə edilən vəsaiti mənimsəyiblər. Onlar əvvəlcə külli miqdarda vergi borcu olan Babəlini Türkiyəyə göndərib etibarnamə alaraq evini və digər əmlakını satıblar. Təqsirləndirilən şəxslər isə bu ittihamı qəbul etmir, əksinə Babəlinin tüfeyli həyat sürdüyünü və ona vəziyyətdən çıxmaqda kömək etdiklərini bildirirlər.

Lütvəli Babayev bu işdə şahid olsa da, məhkəmədə daha çox zərərçəkmiş kimi danışıb. Onun sözlərinə görə, təqsirləndirilən şəxslər oğlunun etibarından istifadə ediblər. Xüsusilə də Aruz Babəlinin aldadılmasında əsas rol oynayıb. Onun cinayətə aid səs yazısını şəxsən özü yazaraq istintaqa təqdim edib: “Aruz mənim oğlumun həkimi olub, oradan münasibətləri yaranıb. Hətta Babəli onu xəstəxanaya işə düzəldib. Çörək verdiyi adamı bu günə qoymazlar axı… Oğlumun güvənindən sui-istifadə edib. Babəlini Türkiyəyə göndərəndən sonra əmlakını ələ keçiriblər. Sual verirəm, Aruz, mənim oğlumu Türkiyəyə niyə göndərirdin, hansı məqsədlə? Aruzun səs yazısını şəxsən mən yazıb istintaqa vermişəm. Həmin kaset məhkəmədə də var. Oğlumu aldadıb əmlakını ələ keçiriblər. Mən Aruzla düşmənlik etmirəm, sadəcə tələb edirəm ki, əmlakı qaytarsınlar”.

Lütvəli Babayev oğluna nəzarət etməməsi ilə bağlı deyilən sözlərə isə “Yazırlar ki, oğlum uşaqdır, mənim də ondan xəbərim olmayıb. 100 il əvvəl Böyük Britaniyanın Baş nazirinin 25 yaşı var idi. Nə olsun ki? Babəli də böyük oğlandır”, - deyə cavab verib.

L.Babayev bu işin ədalətli araşdırılması üçün məhkəməyə and verib: “Düzdür, din dövlətdən ayrıdır. Amma yenə də Qurani-Kərimin xətrinə ədalətli qərar çıxarmanızı xahiş edirəm”.

Müdafiə tərəfinin vəkili İlqar Rüstəmov isə Lütvəli Babayevin ifadəsinə etiraz edib. Vəkil Babayevin şahid kimi deyil, zərərçəkmiş kimi davrandığını deyib: “Bu adam iş üçün əhəmiyyətli heç nə demir. 20 dəqiqəlik ifadəsində şahid kimi əhəmiyyət kəsb edən bir dənə də söz demədi. Britaniyanın Baş nazirindən girdi, qohumunun Türkmənistana ərə getməsinə qədər danışdı. Yarım saatdır biz buna qulaq asırıq. Bu, zərərçəkmiş yox, şahiddir. Ümumiyyətlə, bu şəxsin dindirilməsinə qarşı etiraz verəcəyik”.

Hakim Mahirə Kərimova vəkilin etirazını nəzərə alaraq prosesin təxirə salınmasına qərar verib. Proses gələn dəfə Lütvəli Babayevin sorğu-sual edilməsi ilə davam edəcək.

Qeyd edək ki, Lütvəli Babayev 2005–2007-ci illərdə Mingəçevirin, 2007–2019-cu illərdə isə Zərdabın icra başçısı olub. Oğlu Babəli Babayev isə iş adamıdır.

Sail Ağasəlim



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 26 Sentyabr 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see490

Şamaxı nın forvardı: Azərbaycan Premyer Liqası oynadığım ən çətin liqalardan biridir

09 Noyabr 2025 16:22see203

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see168

Bayraq artıq əbədi Zəfərin rəmzidir!

09 Noyabr 2025 18:16see134

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see134

Rusiyada bu avtomobillərin qiyməti qalxacaq...

09 Noyabr 2025 23:47see133

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see130

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see130

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see128

Gün ərzində tərəvəz yeyin, axşama təsirini görəcəksiniz

09 Noyabr 2025 21:00see127

“Aynadaki yabancı” da uğursuz oldu

09 Noyabr 2025 14:17see126

Maşını Röya alacaq Video

09 Noyabr 2025 21:10see126

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see126

Bu, səhv qərar idi Slot Van Deykin qolunun ləğvi barədə

10 Noyabr 2025 00:22see124

“Səbəbləri bilirəm, amma danışmaq həll yolu deyil”

09 Noyabr 2025 18:20see123

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see122

La Liqa: Real xal itirdi, Barselona səhv etmədi

10 Noyabr 2025 02:28see121

Zelenski ilə müsahibə zamanı işıqlar söndü Video

10 Noyabr 2025 01:28see121

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see120

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri