Çörəkpulu alan köçkünün sayı bu qədər azalıb
Icma.az, Modern.az saytına istinadən bildirir.
2024-cü ilin sonuna dövlətdən vahid aylıq müavinət (“çörəkpulu”) alan keçmiş məcburi köçkünlərin sayı 408 400 nəfər olub.
Bu barədə Modern.az-ın hökumətdən əldə etdiyi məlumatda bildirilib.
Həmin şəxslərdən 50 200 nəfər 33 manat, 358 200 nəfər isə 60 manat alanlardır.
Bu məqsədlə dövlət büdcəsindən keçmiş məcburi köçkünlərə ümumilikdə 287 207,7 min manat məbləğində vəsait xərclənib.
Bildirilib ki, 2024-cü il il ərzində keçmiş məcburi köçkünlərin siyahılarında mütəmadi olaraq aparılmış dürüstləşmələr nəticəsində “çörəkpulu” alanların sayı 39 100 nəfər azalıb.
Baxış sayı:44
Bu xəbər 13 Mart 2025 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















